"ABŞ-ın neft hasilatı rekord səviyyələrə çatacaq, yaxın aylarda qiymətlərə təzyiq yaradacaq"
ABŞ Enerji Məlumat (İnformasiya) İdarəsi (UEA) çərşənbə axşamı verdiyi açıqlamada bildirib ki, ölkənin neft hasilatının bu il əvvəlki proqnozlardan daha yüksək səviyyədə yeni bir rekorda çatacağı gözlənilir.
Marja xəbər verir ki, Qurum artan hasilatın yaxın aylarda qiymətlərə təzyiq göstərə biləcəyi barədə xəbərdarlıq edib.
Enerji Nazirliyinə tabe olan statistika qurumunun məlumatına görə, 2025-ci ildə ABŞ-da orta hesabla gündəlik neft hasilatının 13,53 milyon barel olacağı proqnozlaşdırılır. Bu göstərici əvvəlki 13,44 milyon barel/günlük proqnozdan daha yüksəkdir. Müqayisə üçün, ötən il hasilat 13,23 milyon barel/gün səviyyəsinə çataraq tarixi maksimuma yüksəlmişdi.
ABŞ-da hasilatın artımı, bazarda artan təchizatla bağlı narahatlıqlara baxmayaraq davam edir. UEA-nın hesabatında qeyd olunur ki, xam neft ehtiyatlarının gələn il ərzində yüksəlməsi gözlənilir və bu da yaxın aylarda qiymətlərə aşağı istiqamətli ciddi təzyiq yarada bilər.
Qurumun qısamüddətli proqnozlar hesabatına əsasən, 2026-cı ildə ABŞ neft hasilatının 0,1% azalaraq gündəlik 13,51 milyon barel səviyyəsinə düşəcəyi proqnozlaşdırılır. Bu göstərici əvvəlki proqnozlarda nəzərdə tutulan 1%-dən çox azalma ilə müqayisədə xeyli yumşaq sayılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















