Pfizer ABŞ-a 70 milyard dollarlıq sərmayə yatıracaq və dərman qiymətlərini aşağı salacaq
Pfizer şirkəti ABŞ Prezidenti Donald Tramp ilə əldə etdiyi razılaşma çərçivəsində bəzi dərmanların qiymətlərini əhəmiyyətli dərəcədə endirməyi və ölkəyə 70 milyard dollar sərmayə yatırmağı qəbul edib.
Marja xəbər verir ki, Prezident Tramp bildirib ki, Pfizer bütün reseptlə satılan dərmanlarını aşağı gəlirli amerikalılara təqdim edilən Medicaid proqramı çərçivəsində təqdim edəcək. Şirkət ən populyar dərmanlarından bəzilərini bütün istehlakçılara 50%-dən yüksək endirimli qiymətlərlə satışa çıxarmağa razılıq verib.
Tramp, Pfizer ilə əldə olunan razılaşmanın ölkə üzrə dərman qiymətlərini əhəmiyyətli dərəcədə aşağı salacağını vurğulayıb və bunu amerikalı vətəndaşlar üçün ciddi iqtisadi fayda olaraq qiymətləndirib.
Razılaşma Ağ Evdə Pfizer-in direktoru Albert Bourla ilə birgə keçirilən mətbuat konfransında açıqlanıb.
Prezident Tramp dərman qiymətlərini endirməyin ilk dövründən etibarən prioriteti olduğunu qeyd edib və ABŞ-da dərmanların digər ölkələrlə müqayisədə çox yüksək olduğunu bildirib. O, böyük dərman istehsalçıları ilə razılaşmalar vasitəsilə qiymətləri endirməyə davam edəcəklərini vurğulayıb.
Tramp, “TrumpRx” adlı yeni dərman satış platformasının yaradılacağını və vətəndaşların dərmanlarını buradan endirimli olaraq sifariş edə biləcəyini açıqlayıb.
Razılaşma ABŞ-da dərmanların əlçatanlığını artırmaq və xəstələr üçün maliyyə yükünü azaltmaq məqsədi daşıyır.
Trump bildirib ki, iyul ayında Pfizer də daxil olmaqla dünyanın ən böyük 17 dərman şirkətinə məktub göndərdikdən sonra, bu şirkətlərlə əlavə razılaşmalar üzərində işləyir. Məktublarda şirkətlərə razılaşmaya əməl etmək üçün 29 sentyabr tarixinə qədər vaxt verilmiş və prezident razılaşmaya əməl etməyən dərman şirkətlərini cəzalandırmaq üçün “mövcud bütün vasitələrdən istifadə edəcəyini” vurğulamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
14 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























