Britaniya şirkəti "Dəmirli"də test rejimində hasilata başlayıb
Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining Plc.” (AAM) şirkəti Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən “Dəmirli” mis-molibden yatağında test rejimində filiz hasilatına başlayıb.
Bu barədə Şirkət məlumat yayıb.
"Anglo Asian Mining plc” “Dəmirli” mis-molibden yatağında ilkin sınaq mərhələsinin başlanması barədə məlumat verir. Yatağın tam istismara verilməsi davam edir və ilin sonunadək istehsalın artacağı gözlənilir", - məlumatda qeyd olunub.
Şirkət 2025-ci ildə “Dəmirli” yatağında təxminən 4 min ton mis konsentratının istehsal olunacağını proqnozlaşdırır.
"2026-cı ildən etibarən istehsalın ildə təxminən 15 min ton misə qədər artacağı gözlənilir. Yatağın istismar müddəti geoloji model və mineral ehtiyatlar modelinin daha da işlənməsindən sonra müəyyən ediləcək", - məlumatda bildirilib.
Şirkət qeyd edib ki, filiz böyük açıq karxanada çıxarılır və zənginləşdirmə fabrikinə avtomobil nəqliyyatı ilə çatdırılır. Azərbaycanın milli enerji sistemi vasitəsilə fabriki elektrik enerjisi ilə təmin edilir, su isə yerli və regional mənbələrdən daxil olur.
"Hazırda su və flotasiya (emal) qalıqları müvəqqəti olaraq mövcud tullantı anbarına atılır. Tullantı anbarının yeni yerləşməsi üçün tam geotexniki tədqiqat proqramı tamamlanıb, həmçinin bənd və boru kəmərinin layihələndirilməsi işləri başa çatıb", - məlumatda bildirilib.
Mədən və zavodun istismarı üçün şirkət təxminən 150 yeni işçi cəlb edib, həmçinin istehsalın rahat şəkildə artırılmasını təmin etmək üçün şirkətin digər müəssisələrindən təxminən 50 təcrübəli işçi köçürülüb.
“Dəmirli” yatağı əlavə mineral ehtiyatlar baxımından əhəmiyyətli potensiala malikdir, artıq mövcud karxana sahəsinin genişləndirilməsi imkanları məlumdur, həmçinin daha sonrakı qiymətləndirmə üçün digər yaxın mis-molibden yataqları müəyyən edilib. Yaxın zamanda regional geoloji kəşfiyyat işləri proqramı həyata keçiriləcək", - məlumatda qeyd edilib.
“Dəmirli” yatağında təxminən 275 min ton mis və 3,2 min ton molibden ehtiyatının olduğu bildirilir.
Qeyd edək ki, hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir.
Xatırladaq ki, 1997-ci il avqustun 21-də imzalanan Production Sharing Agreement (PSA) tipli müqavilə çərçivəsində 6 yatağın işlənməsi nəzərdə tutulurdu. Müqaviləyə əsasən, Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsində fəaliyyət göstərmək hüququna malikdir.
© Report
XXX
18:44 - "Azerbaijan International Mining Company"dən açıqlama:
21.07.2025-ci il tarixində Azərbaycanda hasilatın pay bölgüsü sazişi əsasında fəaliyyət göstərən Anglo Asian Mining şirkətinin rəsmi veb-səhifəsində şirkətin səhmdarları üçün dərc etdiyi dövri informasiya bülleteninə istinadən yayılmış məlumatların interpretasiyasında müəyyən anlaşılmazlıqlar müşahidə olunmuşdur.
Azərbaycanın Ağdərə rayonunda yerləşən Dəmirli mis mədəninə münasibətdə “start of commissioning and first production” ifadəsinin "mədən tam fəaliyyətə başlayıb" kimi şərh olunması yanlış təəssürat yaratmışdır.
Bildiririk ki, şirkətin açıqlamasında söhbət mədən fəaliyyətinin tam miqyaslı başlamasından yox, test rejimində, ilkin sınaq mərhələsinin başlanmasından gedir.
Bir sözlə, dərc edilmiş məqalədə “Dəmirli mis mədənində hasilata başlanılıb” ifadəsini “Dəmirli mis mədənində hasilata başlanılması üçün hazırlıq işlərinə start verilib” ifadəsi ilə əvəz etməyinizi xahiş edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 55 d. əvvəl
-
1 saat əvvəl
Gümüş, mis və litium ehtiyatlarına malik olan Argentina “AzerGold” ilə əməkdaşlıqda maraqlıdır
-
1 saat əvvəl
"ABB Invest"in Baş icraçı direktoru bazarın inkişafı üçün fikirlərini bölüşdü
-
1 saat əvvəl
İllik 18% gəlirlilik təklif edən istiqrazlara 50 investordan 50 sifariş
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nvidia güclü nəticə ortaya qoydu, səhmləri daha da bahalaşdı
-
3 saat əvvəl
"Rəqəmsal fırıldaqçılığa qarşı mərkəzləşdirilmiş sistem yaradılacaq"
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
Baku Electronics-də “Super Cümə” başladı!
"BFB yeni interaktiv statistik platforma təqdim edəcək"
Nvidia güclü nəticə ortaya qoydu, səhmləri daha da bahalaşdı
Ən çox oxunanlar
"Rəqəmsal fırıldaqçılığa qarşı mərkəzləşdirilmiş sistem yaradılacaq"
Noyabrın 21-də gözlənilən hava şəraiti
Dünyada nəhəng bank investorlara ürək-dirək verdi: "Narahat olmayın, qızıl daha da bahalaşacaq"
Azərbaycanda ilk dəfə meyvənin dəyərinin azalması üzrə aqrar sığorta ödənişi edilib
“Prior Leasing” nizamnamə kapitalını kəskin artırır
Azərbaycanda 5 BOKT-un kredit portfeli 50 milyon manatdan çoxdur


















.jpg)




