Azərbaycandan qeyri neft-qaz məhsullarının ixracı real ifadədə 20,7 faiz azalıb
Dövlət Statistika Komitəsi xarici ticarət əlaqələri haqqında məlumatları açıqlayıb.
Qeyd edilib ki, 2026-cı ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 128 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 81 ölkəyə məhsul ixrac olunmuş, 122 ölkədən idxal olunmuşdur. Ay ərzində xarici ticarət dövriyyəsi 3092,1 milyon ABŞ dolları təşkil etmiş və 487,7 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranmışdır.
2025-ci ilin yanvar ayı ilə müqayisədə 2026-cı ilin yanvar ayında idxalda daha çox paya malik olan məhsul növlərindən buğda idxalı 49,9 faiz, bitki yağları – 9,0 faiz, avtobuslar – 2,7 dəfə, qara metallardan borular – 33,7 faiz, polietilen – 72,5 faiz artmış, təzə meyvə idxalı isə 3,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 26,7 faiz, dərman vasitələri – 44,5 faiz, polad prokatı – 15,4 faiz, hesablama maşınları, blok və qurğuları – 22,2 faiz azalmışdır.
2026-cı ilin yanvar ayında ümumi ixracda 15,0 faiz paya malik olan qeyri neft-qaz məhsullarının ixracı 268,4 milyon dollar təşkil etmiş və 2025-ci ilin yanvar ayına nisbətən faktiki qiymətlərlə 9,1 faiz artmış, real ifadədə isə 20,7 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
-
12 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
29 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 39 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib
İlk “IM Motors LS9 Plug-in-Hybrid” “Sea Breeze”-də təqdim olundu
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır






























