Moody’s: İsrail-İran qarşıdurması region ölkələrinin suveren reytinqləri üçün riskləri artırır
"İsrail-İran qarşıdurması region ölkələrinin suveren reytinqləri üçün riskləri artırır".
Bunu “Moody’s” beynəlxalq reytinq agentliyinin vitse-prezidenti, suveren risk üzrə aparıcı analitiki Aleksandr Perjessy deyib.
O bildirib ki, bu hücumlar İran-İraq müharibəsindən bəri Tehrana qarşı ən genişmiqyaslı və dağıdıcı hərbi əməliyyat olub. Zərbələr nəticəsində İranın nüvə və hərbi infrastrukturu, həmçinin cənubdakı iri qaz emalı zavodu və bəzi mülki obyektlər hədəfə alınıb. Eyni zamanda, İranın yüksək rütbəli hərbi komandirləri və bir neçə nüvə alimi də həlak olub. Cavab olaraq, İran İsrailə ballistik raketlərlə zərbələr endirib, bu isə yerli səviyyədə insan tələfatına və müəyyən dağıntılara səbəb olub. Lakin strateji infrastruktur ciddi zərər görməyib.
Agentlik bildirir ki, İsrail artıq iki iri qaz yatağında hasilatı dayandırıb və Misir və İordaniyaya qaz ixracını məhdudlaşdırıb. Bu da təkcə regional energetika bazarını deyil, həm də ticarət və makroiqtisadi sabitliyi təhdid edir. Moody’s-in araşdırmasına görə, qarşıdurmanın maliyyə və iqtisadi kanallarla region ölkələrinə ötürülməsi üç əsas istiqamətdə baş verir:
1. Birbaşa geosiyasi və təhlükəsizlik risklərinin artması – münaqişədə iştirak edən ölkələrdə iqtisadi və infrastruktur zərəri, ardıcıl hücumlar riski.
2. Ticarət və enerji axınlarının pozulması – xüsusilə Hörmüz boğazı ətrafındakı gərginliyin artması nəticəsində GCC (Körfəz Əməkdaşlıq Şurası) ölkələrinin neft və LNG ixracı, həmçinin İsrailin qaz ixracı təsirlənə bilər.
3. Makroiqtisadi və maliyyə şəraitinin pisləşməsi – investor etimadının zəifləməsi, maliyyə şərtlərinin sərtləşməsi və hava məkanının bağlanması kimi amillərlə.
Moody’s qeyd edir ki, İranın əsas neft ixrac infrastrukturu hələlik hədəf alınmayıb. Bu səbəbdən, Tehranın Hörmüz boğazını bağlama ehtimalı az görünür. Çünki bu, İranın öz neft ixracına da zərbə vurar və ABŞ-ın birbaşa münaqişəyə cəlb olunmasına səbəb ola bilər.
Aleksandr Perjessy əlavə edib ki, hazırkı mərhələdə Moody’s Yaxın Şərqdə qiymətləndirdiyi ölkələrin suveren reytinqlərində dəyişiklik etmək üçün vəziyyəti yaxından izləməkdə davam edir.
Moody’s hesab edir ki, nə GCC ölkələri, nə də digər regional aktorlar qəsdən bu münaqişəyə cəlb olunmaq istəmir. Çünki onların əsas diqqəti iqtisadi diversifikasiya, daxili islahatlar və sabitlik üzərində cəmlənib. ABŞ-ın da birbaşa müdaxiləsi ehtimalı aşağı qiymətləndirilir. İstisna hal Hörmüz boğazının bağlanması və ya regiondakı Amerika hərbi bazalarının hücuma məruz qalması ola bilər.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















