Türkiyədə 2024-cü il inflyasiya rəqəmləri açıqlanıb
Türkiyədə kirayədən tutmuş ərzağa qədər bir çox qiymətlərə təsir edən, minlərlə məmur və milyonlarla təqaüdçünü maraqlandıran 2024-cü il üçün yekun inflyasiya məlumatları açıqlanıb. Rəsmi məlumatlara görə, ölkədə dekabrda inflyasiya 1,03%, illik 44,38% olub.
Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, ölkədə istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) dekabr ayında 1,03 faiz, 2024-cü il ərzində isə 44,38 faiz artıb.
MArja xəbər verir ki, keçirilmiş sorğuda inflyasiyanın dekabr ayında 1,67% və 2024-cü il ərzində isə 45,23 faiz təşkil edəcəyi gözlənilirdi.
6 aydan sonra 2 faizdən aşağı düşüb
İstehlak qiymətləri indeksi iyun ayından bəri ilk dəfə aylıq müqayisədə 2 faizdən aşağı artıb. İyun ayında inflyasiya 1,64 faiz artmışdı.
İnflyasiya iyulda 3,23 faiz, avqustda 2,47 faiz, sentyabrda 2,97 faiz, oktyabrda 2,88 faiz, noyabrda 2,24 faiz artmışdır.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) Pul Siyasəti Komitəsi (PPK) faiz dərəcəsini 2,50 faiz bəndi azaltdığı iclasından sonra yaydığı press-relizdə, "İlkin məlumatlar dekabr ayında əsas tendensiyanın azalmasına işarə edir" ifadəsindən istifadə etmişdi.
Türkiyənin Ortamüddətli Proqramında 2024-cü ilin sonuna inflyasiya proqnozu 41,5 faiz təşkil edir. Mərkəzi Bank isə son inflyasiya hesabatında 2024-cü il üçün inflyasiya proqnozunu 44 faizə yüksəltmişdi.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 gün əvvəl
"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir
-
-
1 gün əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
1 gün əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
1 gün əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
