Operator və provayderlər abunəçilərlə bağlanmış müqavilələri yeniləyir - Uyğunsuzluqlar aşkar edilib
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) uçota alınmış internet telekommunikasiya xidməti göstərən operator və ya provayderlərlə abunəçilər arasında bağlanan abunə müqavilələrinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş zəruri tələblərə uyğunluğunun qiymətləndirilməsi istiqamətində təhlillər aparmağı davam etdirir.
İKTA-nın yaydığı məlumatda bildirilir ki, həyata keçirilən təhlillər nəticəsində uçota alınmış 119 operator və provayderin uçota alınarkən təqdim etdikləri müqavilələr yoxlanılıb və “Telekommunikasiya haqqında” Qanunun 40-cı maddəsində nəzərdə tutulmuş abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblərlə uyğunsuzluqların olduğu aşkar edilib.
Abunəçilərlə bağlanmış müqavilələrdə aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və qanunvericiliyin tələblərinə uyğunlaşdırılması üçün operator və provayderlərə müvafiq tövsiyə və tapşırıqlar verilib. Belə ki, abunə müqavilələrinin qanunvericiliklə müəyyən edilmiş zəruri tələblərə uyğunlaşdırılması məqsədilə hər bir operator və provayder fərdi şəkildə aşkarlanmış uyğunsuzluqlar haqqında rəsmi məktubla məlumatlandırılıb.
Həyata keçirilmiş intensiv işlər nəticəsində uçota alınmış operator və provayderlərin abunə müqavilələrini “Telekommunikasiya haqqında” Qanunun 40-cı maddəsində nəzərdə tutulmuş zəruri tələblərə uyğunlaşdırması ilkin mərhələdə 35%-ə çatdırılıb.
Uçota alınmış bütün operator və provayderlər üzrə bu prosesin 2024-cü ilin sonunadək yekunlaşdırılması hədəflənib.
Xatırladaq ki, “Telekommunikasiya haqqında” Qanunun 43.1-ci maddəsinə əsasən, bu qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
8 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















