"48 işə baxmışıq, 650 min manatadək maliyyə sanksiyası tətbiq etmişik"
Dövlət Xidməti 2023-cü ilin yekunlarına dair mətbuat konfransı keçiribİqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 2023-cü il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.
Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli KİV nümayəndələrinə qurum tərəfindən ötən il rəqabət və dövlət satınalmaları sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, keyfiyyət infrastrukturu və istehlakçı hüquqlarının müdafiəsi ilə əlaqədar həyata keçirilən tədbirlər və maarifləndirmə işləri barədə məlumat verib. Ölkədə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması məqsədilə rəqabətin qorunması istiqamətində mühüm addımların atıldığını qeyd edən Xidmət rəisi ötən il “Dövlət satınalmaları haqqında” yeni Qanunun təsdiq olunduğunu, həmçinin Rəqabət Məcəlləsinin Milli Məclisdə üçüncü oxunuşda qəbul edildiyini xüsusi vurğulayıb. Qeyd olunub ki, bu qanunvericlik aktları sağlam rəqabətə əsaslanan bazar iqtisadiyyatının inkişafına, ölkədə sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına və dayanıqlı iqtisadi artıma əhəmiyyətli töhfə verəcək.
Dövlət Xidməti tərəfindən 2023-cü ildə rəqabət vəziyyətinin təhlil edilməsi məqsədilə kənd təsərrüfatı sektoru, karqo xidmətləri, dərman vasitələri və genişzolaqlı internet xidmətləri üzrə bazar araşdırmalarının aparıldığı və rəqabət təhlillərinin nəticələrinə uyğun olaraq qanunamüvafiq tədbirlərin görüldüyü qeyd edilib. Bildirilib ki, 2023-cü ildə haqsız rəqabətə yol vermə əlamətləri üzrə 48 işə baxılması başa çatıb, qanun pozuntusuna yol vermiş 24 bazar subyektinə 650 min manatadək maliyyə sanksiyası tətbiq edilib. 26 sahibkarlıq subyekti qanun pozuntularını könüllü aradan qaldırıb.
Cari ilin yanvar ayının 1-dən “Dövlət satınalmaları haqqında” yeni Qanunun qüvvəyə minməsi, bununla da, elektron satınalmalara keçidin yekunlaşdırılması istiqamətində atılan əhəmiyyətli addımlar vurğulanıb. Qeyd olunub ki, elektronlaşma nəticəsində sahibkarlar üçün dövlət satınalmaları daha əlçatan olacaq və müvafiq sahədə rəqabəti təşviq edəcək. 2023-cü ildə ümumi satınalmaların məbləğinin 7,5 milyard manatdan çox olduğu açıqlanıb. Hesabat dövründə elektron satınalmaların ümumi satınalmalarda payı 22,4% təşkil edib. 2022-ci illə müqayisədə ötən il elektron satınalmaların həcmi 32,9% artıb.
İştirakçılar, həmçinin “etender.gov.az” portalının funksionallığının artırılması, dövlət qurumları ilə inteqrasiyası ilə bağlı görülən işlər barədə məlumatlandırılıb. Bildirilib ki, ötən il Dövlət Xidməti Mərkəzi Bank ilə birlikdə bank təminatlarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiyasını həyata keçirib. Bundan əlavə, Dövlət Vergi Xidməti tərəfindən sahibkarlara verilən arayış elektronlaşdırılıb.
Media nümayəndələrinə keyfiyyətə nəzarət sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Ötən il “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunduğu qeyd edilib. Bildirilib ki, Dövlət proqramının icrası nəticəsində Azərbaycanda beynəlxalq tələblərə uyğun texniki tənzimləmə sisteminin yaradılması xarici ticarətdə texniki maneələrin aradan qaldırılmasına, ixrac potensialının artırılmasına, istehlak bazarlarının təhlükəli mallardan qorunmasına və sağlam rəqabət mühitinin qurulmasına xidmət edəcək.
2023-cü ildə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 139 yeni dövlət standartının qəbul edildiyi vurğulanıb. Bu, ötən il qeydə alınan göstərici ilə müqayisədə iki dəfədən çox artım deməkdir. Hesabat dövründə Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) uyğunluğu qiymətləndirən 85 qurumu akkreditasiya edib. Azərbaycan Metrologiya İnstitutu ölkəyə idxal olunan mindən çox ölçmə vasitəsinin tipə uyğunluğunu tanıyıb və onlara dair məlumatlar dövlət reyestrinə daxil edilib. Sahibkarlıq subyektlərinə Dövlət Xidməti tərəfindən 72554 mənşə sertifikatı verilib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,7% çoxdur.
Görüşdə Dövlət Xidməti tərəfindən istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib. Vurğulanıb ki, 2023-cü ildə bu istiqamət üzrə Dövlət Xidmətində ümumilikdə 7597 müraciətə baxılıb, bu da 2022-ci illə müqayisədə 36,4% yüksək göstəricidir. Ötən il daxil olan müraciətlərin təmin olunma səviyyəsində 2022-ci illə müqayisədə 26,6% artıma nail olunub. Hesabat dövründə sahibkarlıq subyektləri tərəfindən istehlakçılara 618 min manatdan artıq vəsait qaytarılıb. Bu isə 2022-ci ildəki göstəricidən 83% çoxdur.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
-
36 d. əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 57 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 1 saat əvvəl
-
1 saat əvvəl
12 bankın xalis mənfəəti azalıb - Ən çox azalma “Azər-Türk Bank”da olub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapitaldan istifadə vəziyyəti 22 bankdan 9-da yaxşılaşıb, 13-də isə pisləşib
-
1 saat əvvəl
Azərbaycan bankları faiz xərclərini faiz gəlirləri ilə ödəyə bilirmi? - ARAŞDIRMA
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
“AFB Bank”da iclas keçiriləcək
Ən çox oxunanlar
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub
OpenAI-nin yeni maliyyələşdirmə turu 100 milyard dolları aşa bilər
Naxçıvanda 1- 9 nömrəli şəhərdaxili və Bakının 142 nömrəli şəhərətrafı avtobus marşrutu bu şəxslərə verildi
Azərbaycan neftinin son qiyməti - 2 dollardan çox bahalaşıb
bp şirkəti Azərbaycanda iri müqavilə bağladı - ÜMUMİ DƏYƏRİ 1 MİLYARD DOLLARDAN ÇOX OLA BİLƏR






















