Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

bp şirkəti Azərbaycanda iri müqavilə bağladı - ÜMUMİ DƏYƏRİ 1 MİLYARD DOLLARDAN ÇOX OLA BİLƏR

bp şirkəti “Turan Drilling" ilə Xəzərdə dəniz əməliyyatları və texniki xidmət üzrə müqaviləsini müqaviləsini yenilədi
iç səhifə xəbər başlığı altı (mobil)_31
bp şirkəti Azərbaycanda iri müqavilə bağladı - ÜMUMİ DƏYƏRİ 1 MİLYARD DOLLARDAN ÇOX OLA BİLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

bp Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının və Şahdəniz qaz yatağının operatoru kimi bu gün platformalardakı qazma qurğularının əməliyyatları və texniki xidmət işləri üzrə "SOCAR AQŞ" və ABŞ-nin "Helmerich & Payne" (H&P) şirkətinin birgə müəssisəsi olan “Turan Drilling & Engineering Company” MMC ilə müqavilənin yeniləndiyini elan edib.

Bu barədə Marja.az  bp-nin Bakı ofisinə istinadən xəbər veir.

Yenilənmiş müqavilə Xəzər dənizində bp-nin idarə etdiyi səkkiz neft və qaz hasilatı platforması - Mərkəzi Azəri, Şərqi Azəri, Qərbi Azəri, Dərinsulu Günəşli, Qərbi Çıraq, Çıraq, ACE və Şahdəniz Alfa platformalarının istismar əməliyyatları və texniki xidmət işlərini əhatə edir.

Müqavilənin iş həcminə personal dəstəyi, texniki xidmət işlərinin icrası, ehtiyat hissələrin idarə olunması, anbar təsərrüfatının təşkili, eləcə də qurğuların bütövlüyü və konstruksiyaların texniki xidməti üzrə yeni yaradılmış mühəndislik qrupunun idarə edilməsi daxildir.

2026-cı ilin mart ayından qüvvəyə minəcək bu müqavilənin ilkin müddəti beş ildir, sonra isə üç dəfə birillik müddətə uzadılma imkanı da var. Müqavilənin ümumi dəyəri hər üç uzadılma müddətinin həyata keçəcəyi halda 1 milyard ABŞ dollarından çox ola bilər.

"Bu, Xəzər regionunda bp-nin güclü yerli tərəfdaşlığı olan şirkətlə bağladığı növbəti bir iri müqavilədir. Bu müqavilə bp və tərəfdaşlarının Azərbaycanda fəaliyyətə başladığı vaxtdan əsas öhdəlik kimi yerli potensialın inkişaf etdirilməsi üzrə həyata keçirdikləri uzunmüddətli strategiyanın daha bir əməli təsdiqidir. Yenilənmiş müqavilə həmçinin bp-nin SOCAR ilə sıx əməkdaşlıq edərək Xəzərdəki ehtiyatların daha səmərəli və rəqabətədavamlı şəkildə işlənməsinə dair biznes məqsədinə uyğundur",- bp-nin yaydığı məlumatda deyilir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

bp-nin quyular üzrə vitse-prezidenti Rassel Morris deyib: ““Turan Drilling & Engineering Company” ilə olan uzunmüddətli müqaviləmizin yenilənməsindən çox məmnunuq. Xəzər regionunda uzun müddətdir təhlükəsiz, etibarlı və səmərəli şəkildə fəaliyyət göstərən operator kimi biz onilliklərə söykənən beynəlxalq təcrübəni, qabaqcıl qlobal yanaşma və texnologiyaları, SOCAR-ın Xəzərə dair dərin biliklərini və regionun qazma sənayesindəki aparıcı mövqeyini özündə birləşdirən bir şirkətlə əməkdaşlığımızın davam edəcəyindən həqiqətən məmnunuq. bp regiondakı 33 illik uğurlu fəaliyyəti çərçivəsində Xəzərdə dünya səviyyəli platformaların istismarını həyata keçirir. İnanırıq ki, bu yeni müqavilə əməliyyatların təhlükəsiz, səmərəli şəkildə və qlobal sənaye standartlarına uyğun aparılması üzrə davamlı öhdəliyimizi dəstəkləyəcək.”

bp və tərəfdaşlarının Azərbaycan qarşısında güclü və uzunmüddətli öhdəliyi var və onlar 33 ildir ki, ölkədə həm iqtisadiyyat, həm də mədəniyyət sahəsində fəal iştirak edirlər. İndiyədək bp öz tərəfdaşları ilə birlikdə Azərbaycanda neft-qaz layihələrinə və əlaqədar sahələrə 89 milyard dollardan artıq sərmayə yatırıb, təqribən 4,6 miyard barel AÇG nefti və 264 milyard kubmetr Şahdəniz qazı hasil edib, Ceyhanda 6000-dən çox tanker yükləyib. 

İş elanları AzVak.az-da

bp Azəri-Çıraq-Günəşli Şahdəniz SOCAR AQŞ Helmerich & Payne Turan Drilling & Engineering Company Xəzər dənizi Mərkəzi Azəri Şərqi Azəri Qərbi Azəri Dərinsulu Günəşli Qərbi Çıraq Çıraq ACE Şahdəniz Alfa müqavilə yenilənməsi qazma qurğuları əməliyyatları texniki xidmət işləri neft və qaz hasilatı ofşor platformalar personal dəstəyi ehtiyat hissələrin idarə olunması anbar təsərrüfatı mühəndislik xidmətləri beşillik müqavilə müddəti uzadılma imkanı milyard dollarlıq müqavilə yerli tərəfdaşlıq SOCAR ilə əməkdaşlıq Xəzər regionunda enerji layihələri Azərbaycan neft-qaz sektoru beynəlxalq enerji sərmayələri
19.02.2026 09:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18