SİMA İmza ilə pulsuz Tam DigiCard əldə et!
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA İmza maliyyə qurumları ilə əməkdaşlıq çərçivəsini genişləndirir.
2022-ci ildən SİMA İmza-nın tərəfdaşı olan ABB yeni nəsil rəqəmsal imza vasitəsilə həyata keçirdiyi daha bir xidməti müştərilərinə təqdim edib.
Belə ki ABB-nin yeni rəqəmsal kart məhsulu olan Tam DigiCard-ı banka gəlmədən və bank əməliyyatlarına əlavə vaxt sərf etmədən SİMA İmza ilə sifariş etmək mümkündür. Bunun üçün sadəcə “ABB mobile” tətbiqinə daxil olub müraciət göndərmək və sonda sənədləri SİMA yeni nəsil rəqəmsal imza ilə elektron qaydada imzalamaq kifayətdir. İllik istifadə limiti olmayan ilk rəqəmsal kart – Tam DigiCard pulsuzdur.
Müştərilər kart sifarişini və SİMA İmza ilə sənədlərin imzalanması prosesini qeyri-iş günləri də daxil olmaqla günün istənilən saatında “ABB – Mobile” tətbiqi vasitəsilə həyata keçirə bilərlər.
Xatırladaq ki, 2023-cü ilin aprelindən etibarən SİMA yeni nəsil rəqəmsal imza ilə “ABB mobile” tətbiqi üzərindən debet kartı da sifariş etmək mümkündür. Gələcəkdə digər məhsullardan istifadə üçün “AzInTelecom” və ABB birgə layihələr üzərində çalışır.
SİMA İmza həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır.
Həmçinin SİMA İmza-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.
Bu imkandan faydalanmaq üçün “SİMA İmza” tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA İmza ölkəmizdə biznes proseslərini sürətləndirəcək.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 47 d. əvvəl
-
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
2 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)
.jpg)




.jpg)














