SİMA İmza ilə “MJ Financial Services BOKT”dən kredit əldə etmək daha sürətli və rahat oldu!
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imza maliyyə qurumları üzrə tərəfdaş çevrəsini genişləndirməyə davam edir.
SİMA İmzanın yeni tərəfdaşı “MJ Financial Services BOKT” ASC (“MJ FS BOKT”) olub. Artıq təyin olunmuş mağazalardan kreditlə mal almaq üçün BOKT-yə müraciət edən şəxslər SİMA İmza vasitəsilə kredit əldə etmə prosesini daha rahat və sürətli şəkildə reallaşdıracaq. Belə ki, müştərilərin satış nöqtəsinə və ya BOKT-yə gəlmədən şəxsiyyət vəsiqəsi, iş yeri və ya təqaüdü barədə məlumatları, eləcə də kredit tarixçəsinin SİMA İmza vasitəsilə yoxlanılması mümkün olacaq.
Kredit üçün müraciət etmiş və müsbət cavab almış şəxslərə “MJ FS BOKT” tərəfindən SMS vasitəsilə link göndəriləcək. Müştəri həmin linkə daxil olub SİMA İmza vasitəsilə sənədləri anında imzalayacaq.
Qeyd edək ki, kredit müqaviləsini imzalamaq üçün SİMA İmza tətbiqini mobil cihaza yükləyib qeydiyyatdan keçmək mütləqdir. Əks təqdirdə müştəriyə göndərilən link işlək olmayacaq.
SİMA İmza yeni nəsil rəqəmsal imza ilə xidmətlərin təşkili həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması kimi bir sıra üstünlüklər yaradır. Həmçinin SİMA İmzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA İmza tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
18 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















