“Baku City Residence” şirkətindən böyük uğur: Beynəlxalq “Stevie” mükafatına layiq görüldü
"Baku City Residence” şirkəti nüfuzlu beynəlxalq biznes mükafatına layiq görüldü. Avropada mərasim təşkil ediləcək, mükafat şirkətə təqdim ediləcək.(®) Azərbaycanın daşınmaz əmlak bazarında həyata keçirdiyi layihələr əsasında əhəmiyyətli təcrübə əldə etmiş “Baku City Residence” şirkəti nüfuzlu “2023 - Beynəlxalq Biznes Müsabiqəsi”nin (International Business Awards) qalibi elan olunub və “STEVIE” Beynəlxalq Biznes Mükafatına layiq görülüb
Mükafat 2023-cü ilin oktyabr ayında Avropada təşkil edilən mərasimdə təqdim ediləcək.
Seçim zamanı ekspertlər “Baku City Residence” şirkətini Azərbaycanın daşınmaz əmlak bazarında tətbiq etdiyi innovativ yanaşmalar və bunun əsasında tutduğu mövqeyi, eləcə də imza atdığı beynəlxalq tərəfdaşlıq müqavilələri istiqamətindəki səyləri əsasında qiymətləndiriblər.
Bu ilki müsabiqə “Satış”, “Müştəri xidməti və əlaqə mərkəzi”, “Yeni məhsul və xidmət”, “Həll yolları təchizatçısı” və “Biznesin inkişafı” nominasiyaları üzrə keçirilib.
“STEVIE” Beynəlxalq Biznes Mükafatına layiq görülən “Baku City Residence” müasir memarlıq üslubunda yaşayış kompleksləri təklif edir
Özünəməxsus yerə və zəngin təcrübəyə malik olan “Baku City Residence” (BCR) şirkəti 10 ildən çoxdur ki, Azərbaycanın daşınmaz əmlak bazarında və sərmayə sahəsində layihələri ilə böyük nüfuz qazanıb. Səbəbi də onunla bağlıdır ki, zamanın tələblərinə uyğun inkişaf etmiş infrastruktura və müasir memarlıq üslubuna malik, yaşayış və biznes kompleksləri bazarında müxtəlif layihələr təqdim edir.
Düşünülmüş rahatlığı ilə seçilən “Baku City Residence Olimpik”, “Baku City Residence Khatai”, “Bayıl Bay”, “Yacht Club Residence” kimi layihələrə imza atan şirkət yerli və əcnəbi sakin və sərmayəçilər üçün müasir memarlıq üslubunda yaşayış və biznes kompleksləri təklif edir. Əsasən Bakı şəhərinin mərkəzində yerləşən, müştərilərin bütün tələb və istəklərini özündə cəmləşdirən, ən müasir, yüksək standartlara cavab verən yaşayış kompeksləri layihələrinin tikintisi və satışı həyata keçirilir.
“STEVIE” Mükafatının qalibi 200 nəfərlik münsiflər heyətinin səsverməsi ilə seçilir
“American Business Awards” mükafatının ilk təqdimatı 2002-ci ildə keçirilib. 2003-cü ildə isə “International Business Awards” təqdim edilib.
Dünya işgüzar aləmində mötəbər mükafatlardan biri olan “STEVIE” Beynəlxalq Biznes Mükafatlarının sahibləri 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində seçilir.
ABŞ-da fəaliyyət göstərən “STEVIE Awards” təşkilatı tərəfindən keçirilən müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən fərdlərin fəaliyyətinin qiymətləndirilməsidir. Məqsədi isə dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır.
Satışlar və Müştəri Xidməti üzrə STEVIE Mükafatları (STEVIE Awards for Sales & Customer Service) dünyanın hər yerində müştəri xidməti, əlaqə mərkəzi, biznesin inkişafı və satış üzrə mütəxəssislər sahəsindəki nailiyyətləri qeyd edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























