Azərbaycanın iqtisadiyyat naziri Tatarıstanın bir sıra iri müəssisələrinin rəhbərləri ilə görüşlər keçirib
Azərbaycan nümayəndə heyəti Tatarıstanda səfərdədirAzərbaycan və Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, birgə müəssisələrin yaradılması, həmçinin iqtisadiyyatın sahə sektorlarının inkişafı və Azərbaycan-Rusiya birgə layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Tatarıstan Respublikasında səfərdədir.
Səfər çərçivəsində iqtisadiyyat naziri Tatarıstanın bir sıra iri müəssisələrinin rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə ölkəmizdə xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış əlverişli biznes və investisiya imkanları barədə məlumat verilib, enerji, maşınqayırma və sənayenin digər sektorlarında əməkdaşlıq və qarşılıqlı maraq doğuran perspektiv layihələr barədə müzakirələr aparılıb. Tatarıstan şirkətləri əməkdaşlıq təkliflərinə dair təqdimat keçiriblər.
Azərbaycan nümayəndə heyəti Tatarıstanın İnnopolis Xüsusi İqtisadi Zonasında (XİZ) müəssisələrin fəaliyyəti ilə tanış olub. XİZ-də təhsil və iqtisadiyyat sektorları arasında qurulmuş uğurlu sinerji və rezidentlər tərəfindən qabaqcıl texnologiyalar əsasında istehsal edilən innovasiya əsaslı məhsullar və texnoloji yeniliklər barədə məlumat verilib. XİZ-ə səfər çərçivəsində həmçinin, Azərbaycanın sənaye zonalarındakı biznes subyektləri ilə əməkdaşlıq və birgə investisiya layihələrinin reallaşdırılması imkanlarına dair fikir mübadiləsi aparılıb.
Tatarıstanın İnnopolis Universitetində olan Azərbaycan nümayəndə heyətinə təhsil müəssisəsinin tədris proqramları, iqtisadiyyatın müxtəlif sektorları üzrə həyata keçirilən elmi-texniki yeniliklər barədə məlumat verilib.
Kazanda yerləşən Ximqrad Texnopolisini ziyarət edən nümayəndə heyətinə Texnopolisin fəaliyyəti, əsasən kimya sənayesində kiçik və orta sahibkarlıq subyektləri üçün yaradılan imkanlar barədə məlumat verilib. Rezidentlər tərəfindən istehsal edilən kimya, əczaçılıq, polimer və s. sənaye məhsullarının, maşın və avadanlıqların təqdimatı keçirilib. Texnopolisdə fəaliyyət göstərən müəssisələrlə Azərbaycanın sənaye parklarının rezidentləri arasında tərəfdaşlıq və müştərək layihələrin icrası imkanları nəzərdən keçirilib.
Qeyd edilib ki, səfər çərçivəsində Kazan şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası və Tatarıstan-Azərbaycan biznes forumu keçiriləcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















