Ziraat Bank Azərbaycan 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək oldu!
(®) Sosial yönümlü fəaliyyətləri ilə daim diqqətləri öz üzərinə çəkən Ziraat Bank Azərbaycan daha bir layihənin həyata keçirilməsinə dəstək olub.
Belə ki, Bank Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilati dəstəyi ilə hər il ənənəvi olaraq qeyd olunan 23 Aprel Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş tədbirdə də öz dəstəyini əsirgəməyib. Tədbir şəhid və qazi övladları, həmçinin kimsəsiz uşaqlar üçün təşkil olunub.
Ziraat Bank Azərbaycanın da dəstəyi ilə uşaqların hər birinə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təşkil olunacaq interakiv-musiqili tamaşaya bilet təqdim olunub.
Həmçinin bayram münasibətilə Bakı Türk Anadolu liseyinin şagirdləri Ziraat Bank Azərbaycanda qonaq olublar. Bankın liseyə səs sitemi avadanlığının hədiyyəsinə təşəkkür etmək məqsədi ilə liseyin şagirdləri hazırladıqları Qərbi Anadoluya məxsus “Zeybek” rəqs səhnəsini bankın əməkdaşlarına təqdim ediblər. Ziraat Bank Azərbaycanın İdarə Heyəti sədri Dr. Selçuk Demir uşaqlara təşəkkürünü bildirərək onlara bayram münasibətilə kiçik hədiyyələr təqdim edib.
Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, BankınFacebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























