Bank avtomobil krediti şərtlərini yenilədi - MÜDDƏT ARTIRILDI, FAİZLƏR DAHA SƏRFƏLİ OLDU
"Ziraat Bank Azərbaycan" ASC indi avtomobil krediti məhsulunun şərtlərini yeniləyib.
Marja xəbər verir ki, hazırda istər yeni, istərsə də ikinci əl avtomobil almaq istəyən şəxslər 24 ayadək ödəmə müddəti və sərfəli faiz dərəcələri ilə Avtomobil Krediti məhsulundan faydalana bilərlər. Kreditin maksimal məbləği avtomobilin istehsal tarixindən asılı olaraq nəqliyyat vasitəsinin dəyərinin 50-60% qədərini təşkil edir. Belə ki, kreditin məbləği, avtomobilin istehsal tarixindən keçən müddət 1 ildən kiçik (0-12 ay) olduğu halda dəyərinin 60 %-nə qədər, 1 ildən 3 ilə qədər (13-36) olduğu halda isə dəyərinin 50 %-nə qədər təşkil edir.
Qeyd edək ki, Ziraat Bank Azərbaycan buraxılan CO2 tullantılarının nisbətinə görə təbiət dostu və gələcəyin nəqliyyat vasitələri hesab edilən Elektrik və Hibrid mühərrikli avtomobillərə əlçatanlığın asanlaşdırılması məqsədi ilə yaratdığı Yaşıl Avto Kredit məhsulunu daha öncə təqdim etmişdir. Elektrik mühərrikli avtomobilləri 48 ayadək, Hibrid mühərrikli avtomobilləri isə 36 ayadək ödəmə müddəti və sərfəli faiz dərəcələri ilə əldə etmək istəyən şəxslər Ziraat Bank Azərbaycana müraciət edərək arzularını reallaşdıra bilərlər. Qeyd edək ki, borcalan tərəfindən ödənilən ilkin ödənişin məbləği avtomobilin istehsal tarixi və kreditin müddətindən asılıdır. Bu məbləğ elektrik mühərrikli avtomobillər üçün avtomobilin dəyərinin 10%-30%-i, hibrid mühərrikli avtomobillər üçün isə avtomobil dəyərinin 20%-40% -i təşkil edir.
Avtomobil almaq istəyən şəxslər Ziraat Bank Azərbaycanın istənilən filialına lazımi sənədlərlə yaxınlaşaraq Avto Kredit və Yaşıl Avto Kredit məhsulları üçün müraciət edərək əlçatan şərtlərdən faydalana bilərlər.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 46 d. əvvəl
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
2 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma







.jpg)


.jpg)











