"Unicapital" bazarların həftəlik analitikasını təqdim edir
"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:
Daxili Bazar
• 29 mart tarixində AR Mərkəzi Bankı faiz dəhlizinin parametrləri ilə bağlı iclasında uçot dərəcəsini və həmçinin, dəhlizin aşağı və yuxarı hədlərini 0.25% artıraraq uçot dərəcəsini 8.75%-ə, faiz dəhlizinin aşağı həddini 7%-ə, faiz dəhlizinin yuxarı həddini isə 9.75%-ə qaldırmışdır. Mərkəzi Bank bildirir ki, bu qərarı verərkən daxili və xarici mühitdə qiymət səviyyəsinə təsir göstərən amillərin dinamikası əsas götürülmüşdür. Faiz dəhlizinin parametrlərinə dair növbəti qərar 2023-cü ilin may ayının 3-də açıqlanacaqdır.
• 4 aprel tarixində AR Maliyyə Nazirliyinin 50 milyon AZN həcmində 1 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Ötən ay 1 illik istiqrazların hərracında tələb təklifi təxminən 4 dəfəyədək üstələmiş, orta ölçülmüş gəlirlilik 6.52% olmuşdur.
• “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (EDR) müsbət proqnozla “BB+” səviyyəsində təsdiqləyib. Agentliyin məlumatında bildirilir ki, bu reytinq Azərbaycanın çox güclü xarici balansı, müvafiq ölkələr qrupunda ən aşağı dövlət borcu və suveren fond aktivlərindən maliyyələşmə çevikliyi ilə dəstəklənir. Suveren fond aktivlərinin 2023-2024-cü illərdə də artaraq ÜDM-in 68%-i həcminə çatacağı proqnoz edilir. Agentlik 2023-2024-cü illərdə Azərbaycanda ÜDM-in ildə orta hesabla 2,1% artacağını və 2023-cü ildə Azərbaycanda orta illik inflyasiyanın 10,3%-dək, 2024-cü ildə 7,3%-dək azalacağını proqnozlaşdırır
Qlobal bazar
• Ötən həftə ABŞ-da 2022-ci ilin son rübü üçün (illik əsasa gətirilmiş) ÜDM artımı məlumatı açıqlandı. İqtisadi göstərici analitiklərin gözləntilərindən (2.7%) bir qədər aşağı, 2.6% oldu.
• Bu həftə ABŞ-da mart ayının işsizlik göstəricisi, o cümlədən, qeyri-kənd təsərrüfatı sahələrində iş yerləri sayında dəyişiklik məlumatı açıqlanacaq. Analitiklər işsizliyin dəyişməyərək 3.6% qalacağını, digər göstəricinin isə azalaraq 311k-dan 240k-a düşəcəyini proqnoz edirlər.
• Türkiyədə mart ayının inflyasiya məlumatı, istehlak qiymətləri indeksi açıqlanmışdır. İnflyasiya azalaraq 55.18%-dən 50.51%-ə düşmüşdür.
• Bəzi OPEC+ ölkələri may ayından gündəlik neft hasilatını könüllü azaldacaqlarını açıqlayıblar. Bu açıqlamalardan sonra neft qiymətlərində kəskin artım müşahidə olunub və dollar neft qiymətləri artımlarının inflyasiyanı artıracağı və FED-in növbəti iclaslarında faiz artımı edəcəyi ehtimalının artması səbəbilə möhkəmlənib.
Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























