Bu investor həbsxanalar və psixiatriya klinikaları şəbəkəsini idarə edən şirkətin səhmlərinə sərmayə yatırır
2008-ci ildə maliyyə böhranını düzgün proqnozlaşdıran amerikalı investor Maykl Burrinin (Michael Burry) fondu özəl həbsxanalar və psixiatriya klinikaları şəbəkəsini idarə edən "Geo Group" şirkəti istisna olmaqla, bütün səhm investisiyalarını bağlayıb.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı Bloomberg məlumat yayıb .
"Burry's Scion Asset Management" fondu "Google"ın sahibi olan "Alphabet Corporation"nın və "Facebook"un sahibi olan "Meta"nın səhmlərini, eləcə də digər doqquz şirkətin səhmlərini satıb. İyunun 30-na olan məlumata görə, fondun sərəncamında yalnız "Geo Group" şirkətinin səhmləri qalıb. Bazar ertəsi onların dəyəri 11% artım göstərərək 7,6 dollar artıb. Bloomberg-in sorğusuna cavab olaraq, Burri hərəkətinin səbəbini açıqlamayıb.
Sahibkar 2000-ci illərin ortalarında ABŞ-ın ipoteka bazarında böhranı uğurla proqnozlaşdırıb. Onun proqnozundan sonra böhran baş verib. Bu qabiliyyəti, 2008-ci ildə Burrinin fonduna sərmayə qoyan investorların itkilərinin qarşısını alan bir sıra uğurlu əməliyyatlar həyata keçirməyə imkan verib.
İyulun sonunda ABŞ maliyyə orqanları ardıcıl ikinci rübdə ÜDM-də azalma olduğunu bildiriblər. Ənənəvi olaraq bu, tənəzzülün əlaməti hesab olunur. Bununla belə, işsizlik azalıb, birjalarda kifayət qədər inam hiss olunur, inflyasiya səngiyib. Ağ Ev bu vəziyyətdə formal əlamətlərə güvənməməyə, iqtisadiyyatın digər göstəricilərinə baxmağa çağırır. ABŞ hökuməti hesab edir ki, ciddi iqtisadi tənəzzülün qarşısını hələ də almaq olar.
Martın 10-da Kaliforniya ştatının tənzimləyiciləri ABŞ-ın iyirmi ən böyük kommersiya bankından biri olan Silikon Vadisi Bankını bağlayıblar. Bu, 2008-ci il maliyyə böhranından sonra ABŞ-da ən böyük bank iflasıdır. SVB-nin müflisləşməsi ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artması ilə əlaqələndirilir və bu, bir çox maliyyə institutlarının balansındakı aktivlərin dəyərdən düşməsinə (FED faiz artırdığındann dövlət istiqrazlarının qiyməti düşdüyü üçün) səbəb olub. Bundan əlavə, hakimiyyət sistemli risklərə görə böyük "New York Signature Bank"ı bağlayıb.
Həmçinin oxu
"Daha bir böyük şirkət çökəcək. Səbir"Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 24 d. əvvəl
-
- 32 d. əvvəl
- 41 d. əvvəl
-
52 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma







.jpg)



.jpg)



.jpg)









