Məcburi audit subyektləri hər il müstəqil auditor cəlb etməlidir
Məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilir.(®) Bazar münasibətlərinin inkişfı şəraitində maliyyə nəzarətinin sivil forması olan müstəqil auditdən istifadə mühüm əhəmiyyət kəsb edir. Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır.
Auditor yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla biləvasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.
Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlar, məhdud məsuliyyətli cəmiyyətləri (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), Səhmdar Cəmiyyətləri (açıq və qapalı), banklar və digər kredit təşkilatları, sığorta təşkilatları və cəmiyyətləri, investisiya fondları, maliyyə-sənaye qrupları, birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər), dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı, büdcə vəsaiti ayrılan kommersiya təşkilatları, publik hüquqi şəxslər, siyasi partiyalar, kənd təsərrüfatı korporativləri, bələdiyyələr, investisiya şirkətləri, fond birjaları, klirinq təşkilatları və investisiya fondları, nizamnaməsində (əsasnaməsində) auditdən keçmələri ehtiva olunan qurumlar illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Səhmdar Cəmiyyətləri (açıq və qapalı) illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) hamının tanış olması üçün hər il dərc etdirməyə borcludur.
İstər məcburi audit, istərsə də könüllü audit təsərrüfat subyektlərinə maliyyə sanksiyalarının tətbiq olunması, əhəmiyyətli səhvlərin, nöqsan və çatışmamazlıqların yol verilməsi risklərini azaldır, eyni zamanda investorlara etibarlı mühasibat məlumatlarının verilməsini tənzimləmək üçün mühüm iqtisadi siyasət mexanizmidir.
Auditorlar tərəfindən məcburi və ya könüllü auditlərin nəticələri üzrə verilən auditor hesabatının (auditor rəyinin) iqtisadi subyektlərin maliyyə hesabatlarında yol verilən nöqsan və çatışmamazlıqların vaxtında aşkar edilməsində və aradan qaldırılmasında çöx böyük əhəmiyyəti vardır.
Ümumiyyətlə müstəqil (kənar) audit ölkə iqtisadiyyatında maliyyə şəffaflığının təmin olunmasında, maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə xərclənməsində, iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə, kölgə iqtisadiyyatının azaldılmasında əvəzsiz rola malikdir.
Maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının (Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları istisna olmaqla) siyahısını Azərbaycan Respublikasının Vergilər Nazirliyi ildə bir dəfə hesabat ilindən sonrakı ilin mart ayının 31-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”-nın 5.2 bəndinə əsasən Maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının (Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları istisna olmaqla) siyahısını Azərbaycan Respublikasının Vergilər Nazirliyi ildə bir dəfə hesabat ilindən sonrakı ilin mart ayının 31-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.
Audit məcburi olduğu müəssisə və təşkilatlarda maliyyə hesabatlarının auditinin keçirilməməsi Qanunvericiliyin tələblərinin pozulması və auditdən yayınma deməkdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilir.
Mövcud qanunvericilikdə nəzərdə tutulan cərimələrin tətbiq olunmasından azad olmaq və qanun pozuntularına yol verməmək, vergi yoxlamasında yarana biləcək risklərdən sığortalanmaq üçün Azərbaycan Respublikası Auditorlar Palatasının verdiyi icazəyə (lisenziyaya) əsasən respublikamızın ərazisində fəaliyyət göstərən Auditorlar Palatasının üzvləri olan auditor təşkilatlarına və sərbəst auditorlara müraciət edə bilərsiniz.
“İnvest Finance” MMC-nin direktor - auditoru İqtisad üzrə fəlsəfə doktoru Anar Bayramov
Azərbaycan bazarında uğurla fəaliyyət göstərən “İnvest Finance” şirkəti, hal-hazırda ölkənin mühasibatlıq, audit və biznes məsləhət xidmətləri göstərən böyük və nüfuzlu məsləhətçi şirkətlərindən biri kimi tanınmaqdadır.
Müştərilərin xəbərləri
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
37 d. əvvəl
Bu il Azərbaycana 1,8 milyard dollarlıq avtomobil idxal olunub
-
-
46 d. əvvəl
Azərbaycanın idxalı artıb, ixracı azalıb - SALDO 2,5 DƏFƏ KİÇİLİB
-
50 d. əvvəl
“PAŞA Bank” sahibkar dostunuzla birgə qazandıran yeni layihə təqdim edir
-
1 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Azərpoçt” “Silk Way West Airlines” əməkdaşlıq memorandumu imzalayıb
-
3 saat əvvəl
AZAL təyyarə salonunda smartfonların “powerbank” ilə doldurulmasını qadağan edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bu il Azərbaycana 1,8 milyard dollarlıq avtomobil idxal olunub
Azərbaycanın idxalı artıb, ixracı azalıb - SALDO 2,5 DƏFƏ KİÇİLİB
İlham Əliyev “SİMA” imzadan danışdı
Noyabrın 18-də gözlənilən hava şəraiti
Azərbaycanın kapital bazarlarında tarixi saziş
Ən çox oxunanlar
“Azərpoçt” “Silk Way West Airlines” əməkdaşlıq memorandumu imzalayıb
Göygöl Şərab Zavodu Çin Xalq Respublikasında 8-ci Beynəlxalq İdxal Sərgisində iştirak etdi
Bu peşə sahiblərinə KOMİSSİYASIZ KREDİT – XÜSUSİ TƏKLİF
Çin dövlətindən "boz bazar"a zərbə
Naxçıvanda 123 layihə üçün 12 milyon manat güzəştli kredit ayrılıb
Bitcoin-in qiyməti ötən ilin sonundakı səviyyəsindən də aşağı düşdü






















