AZAL-dan aviabiletlərin qiymətləri ilə bağlı narazılıqlara cavab
"Aviayanacaq 4 dəfəyə yaxın bahalaşıb".“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev cəmiyyətdəki aviabiletlərin qiymətləri ilə bağlı bir sıra narazılıqlara münasibət bildirib.
Rzayev, "Bu məsələyə daha geniş aydınlıq gətirmək istərdim, çünki son zamanlar insanlar arasında müəyyən fikir ayrılıqları yaranıb" deyərək bildirib:
"Mənzərə tam aydın görünsün deyə, əvvəlcə aviabilet qiymətlərinin formalaşmasına təsir göstərən əsas xərc maddələrini sadalamaq istərdim. Bunlara aviayanacaq xərcləri, hava gəmilərinin saxlanılması və texniki xidmət, Heydər Əliyev Beynəlxalq Aeroportunda və təyinat hava limanında göstərilən yerüstü xidmət, yığımların ödənilməsi üçün tələb olunan xərclər, aeronaviqasiya, o cümlədən digər istehsalat və inzibati-idarə xərcləri aiddir.
Dünyada cərəyan edən siyasi proseslər, yüksək inflyasiya templəri, bunun nəticəsində yanacaq bazarında müşahidə olunan qiymət artımı aviabiletlərin dəyərinin formalaşmasına birbaşa təsir edən amillərdir. Məlumdur ki, əksər aviaşirkətlər kimi AZAL-ın da həm ölkə daxilində, həm də ölkə xaricində aldığı aviayanacağın qiyməti beynəlxalq birja qiymətlərinə əsasən müəyyən olunur. Təkcə 2022-ci ildə bu yanacaq növü beynəlxalq birjalarda 4 dəfəyə yaxın bahalaşıb. Hətta aviasiya sahəsində ixtisaslaşmış bir çox şirkətlərin proqnozlarına nəzər salsaq aviabiletlərin qiymət artımı prosesinin bütün dünyada müşahidə olunduğunu görərik.
Bütün bunlara baxmayaraq, əlbəttə, AZAL tərəfindən sözügedən məqamların alıcıya təsirsiz ötüşməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Sadəcə bu proseslər mərhələli şəkildə təşkil olunduğundan, nəticənin əldə edilməsi üçün də zaman tələb olunur.
AZAL sərnişinlərini düşünərək xarici hava limanlarında ən uyğun vaxtları və ən yaxın eniş terminallarını özündə birləşdirən slotlar alır (Təyyarənin müəyyən vaxtda və ya müddətdə eniş və uçuşu əməliyyatının yerinə yetirilməsi üçün aeroportda reysə ayrılan zaman – red). Çünki uçuşların hansı saatlarda və hansı təyyarə ilə həyata keçirilməsi, hansı təyinat hava limanına enməsi və ya hansı terminala yaxınlaşması da aviabiletin qiymətinə təsir edən amillərdəndir.
Həmçinin aviaşirkətimiz tərəfindən mütəmadi olaraq müxtəlif stimullaşdırıcı aksiyalar keçirilir, sərnişinlərimizə daha sərfəli qiymətlərlə daimi istiqamətlərimizdə səyahət etmək imkanı yaradırıq. 2022-ci ilin sonlarında AZAL promo aksiya keçirdi və nəticədə 9 istiqamətdə 29 avrodan başlayan qiymətlərlə 10 min aviabileti satışı çıxartdı. Yəni, sərnişinlər üçün tədricən əlçatanlığı təmin etmək məqsədilə fəal şəkildə həm qısamüddətli, həm də uzunmüddətli tədbirlər həyata keçiririk".
Samir Rzayev bildirib ki, 2022-ci ilin maliyyə yekunları ilə bağlı ən vacib məsələlərdən biri də, beynəlxalq maliyyə standartlarına əsasən ilkin nəticələrə görə, AZAL-ın tarixində ilk dəfə olaraq ötən ili xalis mənfəətlə başa vurmasıdır: "Hədəfimiz də elə bu tendensiyanı qoruyub saxlamaq və davam etdirməkdir".
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
-
10 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
11 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
11 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb





















