Bank Qazaxda filialını açıb
Bank Respublika Qazaxda 35-ci xidmət nöqtəsini açıbAzərbaycanın aparıcı banklarından biri olan Bank Respublika, müştərilərinin xidmət və məhsullarına əlçatanlığının təmin olunması məqsədilə xidmət şəbəkəsini genişləndirməyə davam edir.
Bankın yaydığı məlumatda bildirilir ki, Bank Qazax şəhərində özünün 35-ci xidmət nöqtəsini müştərilərin ixtiyarına verib. Təntənəli açılışda iştirak edən rayon icra hakimiyyətinin və bankın rəhbərliyi yeni filialın açılışını bildirən rəmzi qırmızı lenti kəsərək filialı müştərilərin istifadəsinə verib.
Filialın açılışda iştirak edən Qazax rayon icra hakimiyyətinin rəhbərliyi və iş adamları ölkənin aparıcı 5 bankından biri olan “Bank Respublika”nın Qazaxda filial açmasının sahibkarlıq fəaliyyətinin dəstəklənməsində, eləcə də yeni iş yerlərinin açılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filialda müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. Yeni filial – Qazax şəhəri, Heydər Əliyev prospekti 76 ünvanında fəaliyyət göstərəcək.
“Bank Respublika”nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 32 filialı və 3 şöbəsi var. Bank, filial şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq bu il daha bir neçə yeni filial və şöbəni müştərilərin xidmətinə verməyi planlaşdırır.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 11 d. əvvəl
- 52 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı












.jpg)







