Azərbaycanın bank sektoruna “qara qu quşları var” xəbərdarlığı
"Azərbaycanın bank sektoru nəzərə almalıdır ki, qlobal səviyyədə “qara qu quşları” var. Məsələn, son illər baş verən pandemiya və hərbi konfliktlər. Belə xoşagəlməz hadisələrin təkrarlanmayacağına əminlik yoxdur. Ona görə də bankirlər hər zaman hazır olmalıdırlar".AccessBank-ın Müşahidə Şurasının üzvü Dariuş Kasprşik ilə müsahibə.
- Cənab Kasprşik, sizcə, son illər baş verən hadisələr Azərbaycanın bank sektoruna necə təsir edib? Ümumiyyətlə, banklar fəaliyyətlərində daha çox nəyə diqqət etməlidirlər ?
- Hazırda bank ekosistemi kifayət qədər mürəkkəbdir və bazar banklar qarşısında iddialı məqsədlər qoyur. Banklara təsir edən amillər çoxdur, o cümlədən geosiyasi təlatümlər, qiymət dəyişiklikləri, resurs qıtlığı... Bundan əlavə, həm tənzimləyicilər, həm də müştərilər tərəfindən ESG standartlarının – ətraf mühit, sosial və korporativ idarəetmənin qəbulu və tətbiqi üçün təzyiq artır. Bank sektorunda 30 illik təcrübəmə əsaslanaraq aşağıdakıları qeyd edərdim:
• “Qara qu quşu” nəzəriyyəsi çətin proqnozlaşdırılan və nadir hallarda baş verən, amma mühüm təsirə malik hadisələri ehtiva edir. Azərbaycanın bank sektoru nəzərə almalıdır ki, qlobal səviyyədə “qara qu quşları” var. Məsələn, son illər baş verən pandemiya və hərbi konfliktlər. Belə xoşagəlməz hadisələrin təkrarlanmayacağına əminlik yoxdur. Ona görə də bankirlər hər zaman hazır olmalıdırlar.
• Mövcud rəqəmsallaşma və qloballaşma böyük imkanlar yaradır. Lakin eyni zamanda həm də texnologiyayaya, kibertəhlükəsizlik tədbirlərinə investisiya tələb edir. Müsbət cəhət odur ki, bu investisiyalar banklarda bir çox proseslərin avtomatlaşdırılmasını asanlaşdıracaq və müştərilərin özünəxidmət imkanlarını genişləndirəcək. Bu, son nəticədə gündəlik bankçılığı daha az xərcli edəcək.
• Dəyişən mühitə, innovasiyalara, texnologiyalara, yeni bank modelləri və məhsullarına baxmayaraq, əsas aspekt dəyişməz olaraq qalır: maliyyə fəaliyyətində ən dəyərli şey etibardır - qurulmalı və məhv edilməsinə icazə verilməyən dəyər.
- Sizcə, AccessBank son illərin bazar təlatümününün öhdəsindən yaxşı gəlib? Əgər belədirsə, əsas səbəb nədir?
- Üç ildən artıqdır ki, AccessBank-ın Müşahidə Şurasının üzvüyəm. Bu müddət ərzində, belə çətin şəraitdə irəliləyiş əldə edən komandaya heyranlıqla baxıram. Həmkarlarımın həvəs və istəklərini yüksək qiymətləndirirəm. AccessBank-ın davamlı inkişafını təmin etmək üçün reallaşdırılan və planlaşdırılan dəyişikliklər görürəm. Əminəm ki, çətin dövrü uğurla keçə bilmişik və yeni mərhələ üçün möhkəm zəminimiz var. AccessBank-ın 20 illik yubileyi bir tərəfdən zəruri restrukturizasiyanın başa çatması, digər tərəfdən isə yeni dövrün başlanğıcı kimi əla fürsətdir. Şəxsən mən bu transformasiyanın şahidi və iştirakçısı olduğum üçün xoşbəxtəm. Artıq əldə edilənlər və yaxın gələcək üçün planlaşdırılanlar AccessBank-ın gələcəyinə inam yaradır.
-Yaxın beş ildə AccessBank-dan nə gözləyirsiniz?
-Hesab edirəm ki, AccessBank son vaxtlar çox böyük irəliləyiş əldə edib və inamla inkişaf yolundadır. Bu, gələcək inkişaf üçün fundamental nailiyyətdir.
Bank daim dəyişən mühitə uyğunlaşmalıdır. Bu, ilk növbədə komanda üzvlərinin peşəkar hazırlığına, fədakarlığına və ortaq məsuliyyətinə aiddir. Komplayns, risklərin idarə edilməsi məsələləri və s. ilə bağlı prudensial qaydalar yenilənməlidir. Uyğunlaşmadan danışmışkən, gələcək rəqəmsallaşma, əməliyyat dəqiqliyi, məhsul inkişafı üçün texnologiyaya da investisiya edilməlidir.
Zənnimcə, AccessBank pərakəndə satış sektorunda yeni müştərilər cəlb etmək üçün məhsullarının innovativ olması baxımından daha aktiv olmalıdır. Çünki müştəri portfelinin, həmçinin risklərin şaxələndirilməsi çox vacibdir. Eyni zamanda, mikro sahibkarları, o cümlədən kənd təsərrüfatında işləyənləri unutmaq olmaz. Növbəti illərdə bankın davamlı inkişafını təmin etmək üçün müxtəlif sektorlardan olan müştərilərlə işdə tarazlığı qorumaq çox vacibdir.
İnanıram ki, son illərdə əldə edilmiş nəticələr, həvəsli komanda və lazımi investisiyalarla AccessBank çevik və uğurlu innovator olaraq qalacaq və bazar liderlərindən biri kimi mövqeyini möhkəmləndirəcək. Öz növbəmdə AccessBank komandası ilə işləməyə və onların bütün səylərini dəstəkləməyə davam edəcəyəm. Necə deyərlər - hamımıza uğurlar!
- Müsahibəyə görə təşəkkü edirik.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 13 saat sonra
-
-
9 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
10 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 10 saat əvvəl
-
10 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
10 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb























