SOCAR və “ACWA Power” şirkəti saziş imzaladı
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında 2 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasında dənizdə və quruda külək, günəş fotovoltaik və yaşıl hidrogen kimi bərpa olunan enerji, həmçinin onlarla əlaqəli digər potensial layihələrin birgə işlənməsinə dair Əməkdaşlıq haqqında Saziş imzalanıb.
Azərbaycanda 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması, həmçinin istixana qazı emissiyalarının 2050-ci ilə qədər 40%-dək azaldılması hədəflənir.
Sözügədən Saziş Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə töhfə verməklə yanaşı, bu əməkdaşlıq çərçivəsində icra ediləcək potensial layihələr Azərbaycanda istixana qazı emissiyalarının azaldılmasına, bərpa olunan enerji mənbələrinin və ölkənin davamlı iqtisadi inkişafına imkan yaradacaq.
Bərpa olunan enerji sahəsində Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu şirkəti olan "ACWA Power" hazırda Azərbaycanda 240 MVt gücündə külək elektrik stansiyası layihəsini icra edir. Stansiyanın hər il bir milyard kilovat-saat elektrik enerjisi istehsal etməklə, təqribən 220 milyon kub metr qazın qənaət edilməsinə və atmosferə atılan tullantıların ildə 400 000 tondan çox azaldılmasına imkan yaradacağı nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























