Bank BTB 2022-ci ilin yekun maliyyə nəticələrini açıqladı
Bank BTB 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, Bank hesabat tarixinə aktivlərini bir qədər də artıraraq 374 milyon 199.99 min manat səviyyəsinə çatdırıb, bu isə ötən illə müqayisədə 3.4% artım deməkdir.
İlin nəticələrinə görə faiz gəlirləri ötən illə müqayisədə 4.5% artaraq 26 milyon 791.74 min manat təşkil etmiş və yekunda 441.86 min manat əməliyyat mənfəəti əldə etmişdir.
"Əhali kütləsinin etibarını qazanan bank ənənəvi olaraq bu il də depozit portfelininin artımına nail olmuş və ümumilikdə 2021-ci ilin yekunları ilə müqayisədə 8% artım nümayiş etdirmişdir və 159 milyon 224.50 min manat olmuşdur",- press-relizdə bildirilir.
İl ərzində 123 milyon 302.337 min manat həcmində verilmiş kreditlərin böyük hissəsi biznes subyektlərinə ayrılmışdır ki, bu da bankın strateji hədəflərinə uyğun olaraq həyata keçirilmişdir. Belə ki, ümumi satışın 16%-ni ARİKZF hesabına verilən ipoteka kreditləri, 29%-ni istehlak kreditləri, 55%-ni sahibkarlıq subyektlərinə verilən kreditlər təşkil edib. Bununla da kredit portfeli 6% artaraq 276 milyon 860 min manat təşkil etmişdir.
Eyni zamanda qeyd etmək istərdik ki, bank kredit portfelinin dayanıqlılığının artırılması məqsədilə cari ilin yanvar ayından etibarən 5 822 79 min manat ehtiyat yaratmışdır. Bu da gələcəkdə kredit portfelində yarana biləcək risklərin qarşısının alınması məqsədilə görülən tədbirdir.
Hesabat dövrünə bankın məcmu kapitalı 53 milyon 772.30 min manat təşkil etmişdir ki, bu da bankın prudensial normalara tam uyğun olduğunu göstərir. Bankın ani likvidlik əmsalı 123.09% təşkil edir ki, bu da AMB-nin tələb etdiyi minimum normadan 4 dəfə çoxdur.
Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)






