Unibank səhmdar kapitalı barədə məlumatlarını yenilədi - ƏSAS SƏHMDARININ PAYI DAHA DA ARTIB
Unibank öz rəsmi saytında son səhm yerləşməsindən sonra səhmdar kapitalı barədə yenilənmiş məlumatı açıqlayıb.
"Unibank” KB” ASC rəsmi veb-saytında səhmdar kapitalı barədə məlumatlarını yeniləyib.
Marja.az Bankın saytına istinadən xəbər verir ki, “Unibank” KB” ASC-nin nizamnamə kapitalı 149 milyon 386 min 357.60 manat təşkil edir və səhmlərin buraxılması və yerləşdirilməsi yolu ilə formalaşıb, bu barədə məlumat aşağıdakı kimi açıqlanır:
Qeyd edilib ki, “Unibank” KB ASC 2023-cü il dekabrın 7-dək onun sərəncamında olan geri alınmış səhmlər üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 105-1.5.-ci maddəsinin müddəalarında nəzərdə tutulmuş qərarlar qəbul etmək hüququna malikdir. Geri alınmış səhmlər səsvermə zamanı nəzərə alınmır və onlar üzrə dividendlər hesablanmır. Bu səhmlər geri satın alındığı tarixdən bir il müddətində ya təkrarən yerləşdirilməli, ya da ümumi yığıncağın qərarı ilə ləğv edilməlidir.
Məlumatda bildirilir ki, hazırda “Unibank” KB ASC-nin səhmdarları sırasında Azərbaycan Respublikasının rezidenti olan 7 fiziki şəxs var (onlara məxsus səhmlərin nizamnamə kapitalındakı faiz nisbəti 92,5121% təşkil edir) və ən böyük (87,0320%) səhm zərfi Qəribov Eldar Mahmud oğluna məxsusdur.
Qeyd edək ki, bundan əvvəl Qəribov Eldar Mahmud oğlunun "Unibank"ın nizamnamə kapitalındakı payı 86,6960% idi. Beləliklə, onun Bankın kapitalındakı payı 0,336 faiz bəndi artıb.
Həmçinin, indiyədək nizamnamə kapitalında səhmdarlardan Hüseynov Faiq Arif oğlunun payı 0,2797%, Quliyev Emin Natiq oğlunun payı 0,3592% təşkil edirdi.
Xəbər verdiyimiz kimi, "Unibank" 2022-ci il ərzində nəzərdə tutulan kapitallaşma prosesini uğurla başa çatdırıb. Bank kapitallaşmanı nəzərdə tutulan proqrama uyğun, investisiya qiymətli kağızlarının həm səhm, həm də subordinasiya borcu olan istiqraz buraxılışı formasında həyata keçirərək, Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəticəsində kapitalını ümumilikdə 31 milyon manata yaxın artırıb. Hər iki komponent üzrə nəzərdə tutulan kapital artımı il ərzində mərhələli şəkildə həyata keçirilib və 2022-ci ilin sonunda uğurla yekunlaşıb.
Kapitallaşma prosesinin başa çatması nəticəsində bankın təkcə nizamnamə kapitalı 19 milyon manata yaxın artaraq, 149 386 358 AZN təşkil edir. Bank tərəfindən investisiya qiymətli kağızı olan istiqrazların buraxılışı ilə reallaşan ikinci komponent üzrə kapital artımı isə 12 milyon 200 min manat olub.
"Kapitallaşmanın artırılması bankın uğurlu inkişafını dəstəkləmək, innovativ bankçılıq həllərinin tətbiqində liderliyi qorumaq, sahibkarlıq subyektlərinin maliyyələşmə imkanlarını artırmaq və müştərilərə yeni rəqəmsal məhsul və xidmətlərin təqdim edilməsinə xidmət edir", - "Unibank" açıqlamasında bildirmişdi.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
-
8 d. əvvəl
LG Electronics India-dan nəhəng IPO addımı - Səhmlərə böyük maraq var
-
- 36 d. əvvəl
- 50 d. əvvəl
- 52 d. əvvəl
-
55 d. əvvəl
Bankçılıqda yeni dövr: bütün hesab məlumatları eyni tətbiqdə!
- 56 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

BOKT “Caspian İnvest” 11-ci filialını Qazaxda açdı

Bankın Nəzarət şöbəsinə mütəxəssislər tələb olunur

Oktyabrın 8-də gözlənilən hava şəraiti

Çin ardıcıl 11-ci aydır qızıl alır

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb
Ən çox oxunanlar

"Əlavə xarici borclanma olacaq"

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

"5 manat aylıq gəliri olan ayda 6 manat ödəniş etməməlidir"

Kapital Bank “Arzumuz var!” təqaüd proqramı ilə gənc qızların təhsilinə dəstək göstərir

Bakıda yeni akademik körpü: Constructor University və CELT Colleges əməkdaşlığa başladı

Unikal bank əmanətçilərinin sayı açıqlandı
