Ölkəyə gətirilən siqaretlərə elektron möhürlər vurula bilər - QANUN LAYİHƏSİ
"Azərbaycan Vergilər Nazirliyi hökumətə yeni qanun layihəsi təqdim edib. Bu qanun qəbul edilsə, ölkəyə gətirilən siqaretlərə elektron möhürlər vurulacaq".
Bunu tütünə vergi tətbiqi ilə bağlı keçirilən seminarda Dünya Bankının tütün məhsullarına vergi qoyulmasına görə dünya üzrə koordinatoru Patrisio Markez Vergilər Nazirliyində keçirdiyi görüş haqqında danışarkən deyib.
P.Markezin sözlərinə görə, yeni təklifin qəbulu ölkəyə gətirilən siqaretlərin saxta olub-olmadığını bilməyə əsas verəcək:
"Onu da qeyd edim ki, bu möhürlər elə olacaq ki, hətta onu mobil telefonlar vasitəsilə də müəyyən etmək mümkün olacaq. Hesablamalarımıza görə, hazırda Azərbaycan Gürcüstan və Ukraynaya nəzərən hər siqaret qutusunda 60 sent itirir".
"Dünya Bankı siqaretə vergi tətbiqinin tərəfdarıdır"
"Dünya Bankı siqaretə vergi tətbiqinin tərəfdarıdır. Dünya təcrübəsi də göstərir ki, bu sahəyə vergi tətbiqi tütün istehlakının azalmasına xidmət edir". Bunu Dünya Bankının tütün məhsullarına vergi qoyulmasına görə, dünya üzrə koordinatoru Patrisio Markez deyib.
P.Markez qeyd edib ki, verginin tətbiqi büdcə daxilolmalarının da artmasına səbəb olur: "Tütün məhsullarına verginin tətbiqi siqaretdən istifadəni azaldır. Bəzi ölkələrin təcrübəsi deməyə əsas verir ki, əgər vergi nəticəsində siqaretin qiyməti 10% artırsa, bu, istehlakın 4% azalmasına şərait yaradır".
Ekspert hesab edir ki, siqaretə vergi tətbiqini əhalinin gəlirinə uyğunlaşdırmaq lazımdır: "Çin bu yaxınlarda çox effektiv təcrübəyə başlayıb. Belə ki, onlar tütün və tütün məhsullarına vergi tətbiqini əhalinin gəlirlərinə uyğunlaşdırmağa başlayıblar. Yəni, nəzərə almaq lazımdır ki, əhalinin gəliri artarsa, onlar yenidən siqaret çəkməyə başlaya bilərlər. Bu sahəyə vergi tətbiqi nəticəsində Filippin büdcəsinə 4 mlrd. dollar, ABŞ-da isə 15 mlrd. dollarlıq daxilolma qeydə alınıb".
"Tütün şirkətləri təbliğat aparır ki, əgər vergi artsa, qaçaqmalçılıq faktları artacaq. Amma bizim onlara qarşı deyəcəyimiz çox güclü arqumentlərimiz var. Bu gün siqaretlər müasir texnologiya ilə hazırlanır ki, bu da onun çox ucuz başa gəlməsinə şərait yaradır", - deyə Bank eksperti bildirib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 56 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
























