Azercell Bakıda 5G şəbəkəsini test rejimində istifadəyə verdi
5G dəstəkli Huawei, Xiaomi, OnePlus və Poco smartfonlarının sahibləri Fəvvarələr Meydanında yeni texnologiyanı sınaqdan keçirə bilərlər(®) "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!" strateji məqsədinə sadiq qalan Azercell Bakıda ilk 5G şəbəkəsini (beşinci nəsil şəbəkəsini) test rejimində işə salır.
Xatırladaq ki, 2019-cu ildə 5G-nin pilot şəbəkəsini Azərbaycanda sınaqdan keçirən ilk mobil operator məhz Azercell olub. Şirkət yüksəksürətli yeni nəsil şəbəkəsini Tağıyev küçəsində yerləşən xidmət mərkəzində öz müştərilərinə nümayiş etdirib. Hazırda isə lider mobil operator beşinci nəsil rabitə standartını sınaq rejimində bütün Fəvvarələr Meydanı ərazisi boyu istifadəyə verir.
5G lisenziyalı mobil cihazların sahibləri telefonlarının ekranında *595#YES yığmaqla istifadə etdikləri data paketləri çərçivəsində 5G sürətini sınaqdan keçirə bilərlər.
Əlavə olaraq, lider mobil operatorun elan etdiyi xüsusi 5G kampaniyası çərçivəsində 31 yanvar 2023 tarixə kimi 5G şəbəkəsini test edən abunəçilərə 5GB həcmində internet paketi hədiyyə ediləcək. Hədiyyəlik mobil data paketini müştərilər 30 gün ərzində istifadə edə biləcək.
Beşinci nəsil simsiz rabitə şəbəkəsi 1Gb/s.-ə qədər daha yüksək yükləmə sürəti, ultra-aşağı ləngimə, daha yüksək etibarlılıq, geniş şəbəkə tutumu və daha mükəmməl istifadəçi təcrübəsini təmin edir.
Qeyd edək ki, 5G dəstəkli Apple ve Samsung smartfonlarında isə bu texnologiyadan ölkə ərazisində istifadə etmək üçün hər iki istehsalçının xüsusi lisenziyası tələb olunur. Mobil operator sözügedən lisenziyaları əldə etdikdən sonra istehsalçılar müvafiq proqram təminatlarını yeniləyəcək və bu cihazlarda da 5G-nin yüksək sürətindən yararlanmaq mümkün olacaq.
Ümumiyyətlə, 5G texnologiyası hal-hazırda öz tətbiqini daha çox böyük sənaye şirkətlərində tapır: bura avadanlıqların uzaqdan idarə edilməsi, məsafədən asılı olmayaraq məlumat bazasına ani giriş imkanı və s. aid etmək olar.
5G yerli biznes və sənayelərdə innovativ həllərin sayını mühüm dərəcədə artırmaqla yanaşı, ucdan-uca müştəri təcrübəsinin tətbiqi üçün də daha geniş imkanlar yaradacaq.
5G texnologiyasının istehlakçı seqmentində tətbiqinə gəldikdə isə, bu imkanlar bütün dünyada inkişaf mərhələsindədir.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 saat sonra
-
- 8 d. əvvəl
-
22 d. əvvəl
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
-
9 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
14 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
ABŞ ordusu elan etdi: İranın dəniz blokadası ləğv edildi
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"



























