Ödənişi yığımını üstələyən sığorta şirkətlərinin sayı artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda fəaliyyət göstərmiş 23 sığorta şirkəti (bunlardan 2-si - “Azərqarant” və “Beynəlxalq Sığorta” ASC-lər ləğvetmə prosesindədir) topladığı 240,1 mln. manat sığorta haqqının 97,9 mln. manatını, yəni 40,8%-ni müştərilərinə ödəniş kimi geri qaytarıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz bəndi çoxdur.
Bir il öncə bazarda mövcud olmuş 25 sığorta şirkətinin (bunlardan 2-si - “Alfa Sığorta” və “Buta Sığorta” ASC-lər bazarı tərk edib) daxilolmaları 242,1 mln. manat təşkil edib ki, bunun da 87,6 mln. manatı və ya 36,2%-i ödənişə yönəldilib.
Palatanın açıqladığı statistika göstərir ki, son bir ildə Azərbaycanda ödənişi yığımını üstələyən sığortaçıların sayı artıb. Belə ki, ötən ilin 5 ayının yekununda ödəniş/yığım nisbəti 100%-i keçən 3 şirkət olubsa, bu ilin 5 ayında yığdığından çox ödəyən şirkətlərin sayı 6 olub.
Qeyd edək ki, son bir ildə sığortaçıların ümumi sayı 25-dən 23-ə düşüb. Yəni, “xərci borcunu ödəməyən” şirkətlərin payı illik müqayisədə 12%-dən 26%-ə yüksəlib.
Xatırladaq ki, “Azərqarant” və “Beynəlxalq Sığorta” şirkətləri hesabat dövründə sığorta haqqı ödəmədikləri üçün onların ödəniş/yığım nisbətini hesablamaq mümkün deyil. Sözügedən göstərici sığorta şirkətlərindən 3-də – “Xalq Sığorta”, “AXA-Mbask” və “Azərbaycan Sənaye Sığorta” ASC-də 50-75%, 6 şirkətdə - “Azərsığorta”, “Atəşgag Sığorta”, “Standard Insurance”, “Atasığorta”, “Azsığorta” və “Bakı Sığorta” ASC-də 25-50%, 6 şirkətdə - “PAŞA Sığorta”, “PAŞA Həyat Sığorta”, “Silkway Insurance”, “Meqa Sığorta”, “Günay Sığorta” və “Qala Sığorta” ASC-də isə 25%-dən də aşağıdır.
Sonda onu da bildirək ki, dünya təcrübəsində sığorta şirkətlərinin topladıqları sığorta haqlarının 60-65%-dən aşağı və yuxarı hissəsini ödənişə yönəltməsi normal hesab olunmur. Adətən xarici sığortaçılar yığımının 25-30%-ni xərclərə yönəldir, təxminən 10%-ni mənfəət kimi götürür, qalan hissəsini isə müştərilərinə geri qaytarır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 38 d. əvvəl
-
- 53 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Ötən il Azərbaycanda iqtisadi sahədə 13 mindən çox cinayət hadisəsi qeydə alınıb
-
1 saat əvvəl
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
-
1 saat əvvəl
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir
- 1 saat əvvəl
-
2 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
2 saat əvvəl
10 000 dolları keçdikdən sonra vergi uçotuna alınmalıdırlar - Prezident dəyişikliyi təsdiqlədi
-
3 saat əvvəl
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
10 000 dolları keçdikdən sonra vergi uçotuna alınmalıdırlar - Prezident dəyişikliyi təsdiqlədi
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Fevralın 24-də gözlənilən hava şəraiti






















