Bakıda Phantom II Seriya lüks avtomobili təqdim edilib
(®) Phantom-un yeni təcəssümü olan Phantom II Seriya eksklüziv media tədbiri ilə Rolls-Royce Motor Cars Baku satış sərgi salonunda debüt edib.
Phantom lüks dünyasının ən zirvəsindədir. O, brendin flaqmanı olmaqla Rolls-Royce-un dizayn, mühəndislik və sənətkarlıq zirvəsidir.
Rolls-Royce Motor Cars Mərkəzi/Şərqi Avropa və Mərkəzi Asiya üzrə Korporativ Kommunikasiyalar Direktoru Frank Tiemann şərh edib:
"Phantom II seriya ilə biz müştərilərimizin zövq və tələblərinin təkamülünü əks etdirən bəzi incə, lakin əhəmiyyətli dəyişikliklər əlavə etməklə, bu heyrətamiz lüks avtomobilinin həvəskarlarının sevdiyi hər şeyi diqqətlə qorumuşuq.
Barmaqlığın üzərindəki parlayan işıqlar cilalanmış üfüqi xətt görünüşünü daha da artırdı. Bu, Phantom-a yeni, müasir və inamlı görünüş bəxş edərək, onun sərbəst idarə olunmaq üçün yaradıldığını vurğulayır.
Barmaqlığın dizaynında incə həndəsi dəyişikliklərlə RR monoqramı və “Spirit of Ecstasy” fiquru daha çox gözə çarpır. Barmaqlıqlar işıqlandırıldı və gündüz parlayan işıqlar lazerlə kəsilmiş ulduz klasteri ilə bəzədilib. Salonun tavanındakı “ulduzlu səmanı” əks etdirən yeni işıqlandırma dizaynı Phantomun qaranlıqda təsvirini daha da möhtəşəm edir. Avtomobilin profili üçbucaqlı kənarları olan 3D-frezeli paslanmayan polad təkərlər ilə yeni dizayn edilib. Onlar həm tam cilalanmış, həm də birləşdirilmiş şəkildə sifariş edilə bilər. Phantom-u 1920-ci illərin Rolls-Royce avtomobillərinin estetikasını xatırladan nəfis yeni dizaynla da sifariş etmək olar. Təkərlər həm cilalanmış paslanmayan poladda, həm də yer üzərində uçmanın təsirini mükəmməl şəkildə çatdırmaq üçün qara rəngdə mövcuddur.
Phantom-un dəbdəbəli interyeri çox dəyişməyib. Sükan çarxı bir qədər qalınlaşaraq, sahibi ilə avtomobili arasında emosional əlaqəni gücləndirib.
Phantom və Phantom Extended iki fərqli yanaşmanı təmsil edən fərqli xarakterə malikdir: Phantom ilk növbədə avtomobili özləri idarə etmək həvəskarlarının seçimidir, Phantom Extended isə arxa oturacaqdan yolu idarə etməyə üstünlük verənlər üçün nəzərdə tutulub - bu, avtomobil sürücü tərəfindən idarə olunmaq uçün mükəmməl avtomobildir.
Səkkizinci nəsil Phantom ideyaların həyata keçməsi üçün boş bir kətandır. Bespoke fərdiləşdirmə proqramının imkanları sayəsində avtomobil öz sahibinin zövqünün və xarakterinin əsl təcəssümünə çevrilə bilər".
Tədbirə ev sahibliyi edən Improtex Motors və Rolls-Royce Motor Cars Baku şirkətlərinin Baş Direktoru Bayram Yaqubov bildirib:
“Markanın zirvə məhsulu kimi Phantom Azərbaycanda Rolls-Royce müştərilərinin elit təbəqəsini cəlb edir. Onlar, öz sahələrində müvəffəqiyyətli, qətiyyətli və tələbkar insanlardır. Phantom həmişə müştərinin istədiyi kimi olub; təkcə “dünyanın ən yaxşı avtomobili” deyil, həm də onlar üçün ən yaxşı avtomobil”.
TEXNİKİ GÖSTƏRİCİLƏR
Phantom II-ci seriya:
WLTP (qarışıq dövrə): CO2 emissiyaları: yanacaq sərfiyyatı: 17.7-18.2mpg / 15.5-16.0l/100km.
Phantom Extended II-ci seriya:
WLTP (qarışıq dövrə): CO2 emissiyaları: yanacaq sərfiyyatı: 17,4-18,1 mpg / 15,6-16,2 l/100 km.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
51 d. əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
4 saat əvvəl
"Tehran razılaşmasa, İranda hər şeyi havaya uçurub, nefti ələ keçirməyi düşünürəm"
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
"İran tərəfindən F-15E vurulduqdan sonra itkin düşmüş ABŞ hərbçisi xilas edilib"
-
4 saat əvvəl
"Çərşənbə axşamına qədər Hörmüz boğazı açılmasa, İran “cəhənnəmi yaşayacaq”"
- 1 gün əvvəl
-
1 gün əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
1 gün əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Ən çox oxunanlar
İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd edib
“Vulkan” ASC-nin rəhbərliyi növbədənkənar formalaşdırılacaq
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb























