"3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq"
Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclas keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev plenar iclasda iştirak edib.
Rumıniya Prezidenti Klaus Yohannis Prezident İlham Əliyevi, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayeni, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini və Macarıstanın Baş naziri Viktor Orbanı qarşılayıb.
Sonra birgə foto çəkdirildi.
Plenar iclası açan Rumıniya Prezidenti Klaus Yohannis qonaqları salamladı və çıxış etdi.
Dövlətimizin başçısı iclasda çıxış edib.
- Hörmətli həmkarlar.
Xanımlar və cənablar.
Əvvəlcə, məni bu cür mühüm tədbirə dəvət etdiyinə və ev sahibliyinə görə Prezident Yohannisə təşəkkürümü bildirmək istəyirəm. Bu gün imzalanacaq yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin icrası Avropanın enerji təhlükəsizliyinə verəcəyimiz ümumi töhfə olacaqdır. Bu Saziş yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımdır.
Mən Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenə enerji təhlükəsizliyi və şaxələndirilməsi layihələrində Azərbaycana verdiyi davamlı dəstəyinə görə xüsusi minnətdarlığımı vurğulamaq istərdim.
Bu ilin iyulunda, xanım Fon der Lyayenin Azərbaycana səfəri zamanı biz Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladıq və biz həmin sənədin icrasına artıq başlamışıq. Ötən il Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil etmişdir, bu il 11,3 milyard kubmetrdir. Növbəti il onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. Gələn il Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. Müqayisə üçün, 2021-ci ildə, o, 19 milyard kubmetr təşkil edirdi.
Dünən Dövlət Neft Şirkəti və Romqaz 2023-cü il yanvarın 1-dən Azərbaycandan Rumıniyaya qazın təchizatı barədə müqavilə imzaladılar. Beləliklə, Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, hamı üçün uduşlu vəziyyətdir, çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var.
Bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə, külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq.
Beləliklə, yalnız təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qiqavat yaşıl enerjinin istehsalına yatırımlar etməyi planlaşdırır. İki gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaqdır.
Məqsədlərimizə nail olmaq üçün biz səmərəli surətdə çalışmalıyıq. Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya Avropa İttifaqı ilə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində bir komanda kimi işləməlidirlər. Mən hamımıza uğurlar arzulayıram.
Sağ olun.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
1 saat sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 38 d. əvvəl
-
41 d. əvvəl
Expressbank Yevlaxda 50-dən çox sahibkar üçün “Maliyyə savadlılığı” təlimi keçirib
- 53 d. əvvəl
-
58 d. əvvəl
Media nümayəndələri “Made in Azerbaijan” brendini dünyaya tanıdan “Ulduz” fabriki ilə tanış olublar
-
1 saat əvvəl
"PAŞA Bank" bu iddiaya da cavab verdi - "12 MAYDA SƏHMLƏRƏ TƏLƏB TƏKLİFİ 100% + ÜSTƏLƏMİŞDİ"
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
“İran ilə bağlanacaq müqavilə ya böyük və mənalı bir razılaşma olacaq ya da ümumiyyətlə razılaşma olmayacaq”
"PAŞA Bank" bu iddiaya da cavab verdi - "12 MAYDA SƏHMLƏRƏ TƏLƏB TƏKLİFİ 100% + ÜSTƏLƏMİŞDİ"
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Ən çox oxunanlar
İkiqat bayram! - Qurban Bayramında BÖYÜK endirimlər!
“PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
"PAŞA Bank": 107 milyon manat dividend elan edilməsi barədə qərar qəbul olunacağını gözləyirik"
"PAŞA Bank": Bugünədək 13 min unikal investor yeni səhmləri almaq üçün sifariş yerləşdirib
"Ötən il “PAŞA Bank” dayanıqlı artımlar nümayiş etdirib"
















.jpg)






