"Rusiya bu addım üçün cavab tədbirləri hazırlayır" - MALİYYƏ NAZİRİ
Siluanov neftin qiymətinin yuxarı həddinin tətbiqi üçün əks tədbirlərin hazırlandığını açıqlayıb. Rusiyanın maliyyə naziri neftin qiymətinin yuxarı həddinin tətbiqini dünya bazarı üçün fəsadları olan qeyri-bazar tədbiri adlandırıb.Rusiya Maliyyə Nazirliyi Rusiya neftinə qiymət tavanının tətbiqinin büdcəyə təsirini qiymətləndirməyi tez hesab edir, lakin Rusiya bu addım üçün cavab tədbirləri hazırlayır.
Marja xəbər verir ki, bunu jurnalistlərə maliyyə naziri Anton Siluanov bildirib.
"Hələlik büdcəyə təsir barədə danışmaq tezdir. Biz indi şirkətlərimizin tavanın tətbiqinə necə reaksiya verəcəyi ilə bağlı cavab, qarşılıqlı tədbirlər hazırlayırıq", - Siluanov bildirib. O qeyd edib ki, yaxın vaxtlarda belə tədbirlər elan olunacaq.
Nazir,neftin qiymətinin yuxarı həddinin tətbiqini qlobal bazara təsir göstərəcək qeyri-bazar tədbiri adlandırıb.
“Yeddilik Qrupu” ölkələri, Avropa İttifaqı və Avstraliya Rusiya neftinin barelinə 60 dollar maksimum qiymət tətbiq etmək barədə razılığa gəliblər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
5 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























