"Rusiya neftin qiymət limitinə 3 cavab variantını nəzərdən keçirir"
Rusiya Federasiyasının Prezident administrasiyası və hökuməti G7 ölkələri və Avropa İttifaqının Rusiya neftinin idxalına "tavan qiymət" tətbiq etməsinə cavab mexanizminin 3 variantını müzakirə edir.
Marja xəbər verir ki, bu barədə “Vedomosti” Nazirlər Kabinetindəki mənbələrə istinadən məlumat yayıb.
Birinci variant - məhdudiyyəti dəstəkləyən dövlətlərə neft satışına tam qadağa qoyulmasını, o cümlədən xammalı Rusiyadan birbaşa deyil, vasitəçi ölkələr vasitəsilə əldə edilməsinin qarşısının alınmasını nəzərdə tutur. Yəni, neytral ölkə də nefti alsa və sonra G7-nin və Avropa ittifaqının üzvü olan ölkəyə satarsa tədarük bloklanacaq.
İkinci variant - alıcının hansı ölkədən olmasından asılı olmayaraq, qiymətlərin yuxarı həddi şərtini (60 dollar) özündə əks etdirən müqavilələr üzrə ixracın qadağan edilməsini nəzərdə tutur.
Üçüncü variant - indikativ qiymət deyilən qiymətin tətbiqini nəzərdə tutur. Yəni, Rusiyanın Urals nefti üçün Brent neftinin qiymətinə əsaslanan maksimum endirimin müəyyən edilməsidir.
Nəşrin digər mənbəsi qeyd edib ki, bu variantlardan heç biri təsdiqlənməsə də, başqa alternativlər və ya onların kombinasiyası mümkündür. Onun sözlərinə görə, dekabrın 6-da bu məsələ prezidentlə, o cümlədən neft şirkətlərinin iştirakı ilə keçiriləcək görüşdə müzakirə edilməli idi.
Prezidentin mətbuat katibi Dmitri Peskov, Maliyyə Nazirliyi və Energetika Nazirliyi “Vedomosti”nin sorğularına cavab verməyib. Nəşr həmçinin Rosneft, Lukoil, Qazpromneft, Surgutneftegaz, Tatneft və Russneft-ə də sorğular göndərib.
Daha əvvəl baş nazirin müavini Aleksandr Novak bildirmişdi ki, Rusiya ilin sonuna kimi Rusiya şirkətlərinə qiymət tavanı daxilində olan ölkələrlə neft ticarətini qadağan edəcək mexanizm yaratmağı və işə salmağı planlaşdırır.
G7 ölkələri, Avropa ittifaqı və Avstraliya dekabrın 5-dənRusiya neftinin bir barelinə 60 dollar maksimum qiymət (tavan qiymət) tətbiq etməyə razılaşıblar.
Bloomberg: Rusiya neft satışları üçün minimum qiymət təyin etməyi planlaşdırır
Bloomberg-in məlumatına görə, Rusiya rəhbərliyi, G7-nin və Avropa İtifaqının tavan qiymətinə "endirim limiti" və ya "sabit qiymət" ilə cavab verməyə hazırlaşır. Müvafiq olaraq müəyyən edilən qiymətlər bazara uyğun olaraq mütəmadi olaraq yenilənəcək.
Məlumata görə, Rusiya beynəlxalq neft satışları üçün minimum qiymət təyin etməyi planlaşdırır. Məsələdən xəbəri olan iki mənbəyə istinadən bildirilir ki, Moskva administrasiyası ölkənin neftinə sabit qiymət tətbiq etməyi də düşünür.
Rusiyanın dəniz yolu ilə ixrac etdiyi nefti üçün qiymət tavanı bazar ertəsi qüvvəyə minib. Qərb dövlətləri Moskvanın Ukraynadakı müharibəsini maliyyələşdirmək imkanlarını məhdudlaşdırmağa çalışırlar. Rusiya hasilatı azaltsa belə, tədbirə əməl etməyəcəyini bildirib.
Mütəxəssislər Rusiyanın minimal qiymət səviyyəsinin Qərbin təyin etdiyi maksimum 60 dollar olan qiymət məhdudiyyətindən aşağı olmasının lazım olduğunu vurğulayırlar. Minimal qiymət 60 dollardan aşağı olmalıdır ki, alıcılar, sığorta və digər xidmətlərindən faydalana bilsinlər.
Qeyd edək ki, 2021-ci ildə Rusiyadan G7 ölkələrinə və Aİ-yə 109,5 milyard dollar dəyərində 214,7 milyon ton neft və neft məhsulları ixrac edilib. Ümumilikdə, Federal Gömrük Xidmətinin məlumatına görə, keçən il xam neft və neft məhsulları ümumi Rusiya mallarının ixracının 37%-ni təşkil edib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
8 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir





















