Qeyri-adi təbiət hadisəsi - Azərbaycanda əkildikdən 27 il sonra bar verib
Vətəni Ərəbistan yarımadası olan Mədinə xurması düz 27 ildən sonra ölkəmizin Aran rayonlarından birində - Biləsuvarda bar gətirib. Maraqlısı isə xurmanın qış fəslinə yaxın öz rəngi və dadı ilə yetişməsidir.
Ara-sıra respublikamızın ayrı-ayrı bölgələrində təsadüf edilən bu cür qeyri-adi təbiət hadisəsinə bu dəfə Biləsuvarın Bəydili kəndində rast gəlinib. Təxminən 7 metrdən çox hündürlüyü olan Mədinə xurması əkildikdən 27 il sonra bar verib. Ev sahibi Telman Əliyev deyir ki, bu ağac həyətə atılan meyvənin çəyirdəyindən yetişib:
“Bunun həqiqətən də maraqlı tarixçəsi var. 1995-ci ildə kəndimizdə seyid MirTaha ağa rəhmətə getmişdi. Həcc ziyarətindən qayıtmışdı, mən onu ziyarət etməyə getdim, görüşdüm. Mənə balaca qutuda Mədinə xurması verdi. Biz də onu istifadə edəndən sonra çəyirdəyini həyətdə, pencərənin qarşısındakı qumluq olan yerə atdıq. Növbəti il gördüm ki, həmin çəyirdək göyərib və yetişir”.
Bundan sonra ev sahibləri ağaca sevə-sevə qulluq göstəriblər. Telman kişi bildirib ki, qış fəslində ağacı şaxtadan qorumaq üçün təxminən 10 il onun üzərinə polietilen örtük çəkib: “Ağac sağlam inkişaf etdiyi üçün sonradan buna ehtiyac olmadı. Nəhayət 27 ildən sonra - bu ilin yayında üstündə çoxlu tumurcuqları görəndə bildim ki, ağac meyvə gətirəcək. Maraqlısı isə odur ki, soyuq aylar olmasına baxmayaraq, meyvə öz rəngi və dadı ilə yetişir. Deyərdim ki, bazardan aldığımızdan da dadlıdır”.
Ailə üçün də maraqlı olan bu xurma salxımlarının hər birinin çəkisi 5-8 kiloqramdır. Mütəxəssislər ekvatorial ərazilərdə səhra iqlim şəraitində inkişaf edən Mədinə xurmasının Biləsuvarda yetişməsini nadir təbiət hadisəsi sayırlar.
Kənd təsərrüfatı mütəxəssisi Mirsahib Zəkiyevin sözlərinə görə, İranda yetişən xurma sortlarının burada yetişib məhsul verməsi mümkündür: “Ancaq Ərəbistanın iqlim-torpaq şəraiti tam fərqlidir. Ora səhra iqlimidir, torpaqların münbitliyi zəifdir, həm də yüksək temperatur olur, yay aylarında 50 dərəcədən yüksək. Bizim Muğan zonasında isə elə temperatur qeydə alınmır. Ona görə də Mədinə xurmasının Biləsuvarda məhsul verməsi nadir hadisə sayılır”.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “Azərtac”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 5 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
























