Unibank dollar istiqrazları buraxır - ŞƏRTLƏR
“Unibank Kommersiya Bankı” ASC-nin Müşahidə Şurasının 25 oktyabr 2022-ci il tarixli qərarına əsasən hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 12 000 ədəd sənədsiz adlı, faizli, təmin edilməmiş istiqrazlarının emissiya prospekti Azərbaycan Respublikasının Mərkəzi Bankının 17 noyabr 2022-ci il tarixli məktubu ilə dövlət qeydiyyatına alınıb.
Bu barədə Marja.az-a Unibank-dan bildirilib.
Qeyd edilib ki, bu istiqrazların emissiyası subordinasiya borc öhdəliyi kimi tanınır və “Unibank”ın II dərəcəli kapitalının artırılması məqsədilə həyata keçirilir.
Emissiyanın həcmi 12 milyon ABŞ dollarıdır.
İstiqrazların illik faiz dərəcəsi 8% olmaqla, faiz ödənişi hər 90 təqvim gününün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq həyata keçirilir. Tədavül müddəti 6 il olan istiqrazların əldə edilməsi üçün məhdudiyyətlər yoxdur.
İstiqrazlar Bakı Fond Birjasının daxili qaydaları əsasında kütləvi təklif üsulu ilə hərrac vasitəsi ilə yerləşdiriləcək. Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Səhmdarların qərarı ilə həyata keçirilən kapitallaşma prosesi nəticəsində, Bankın kapitalının il ərzində ümumilikdə 29 milyon manatdan çox artırılması nəzərdə tutulub. Bu prosesin birinci mərhələsi bu ilin avqustunda başa çatıb və Bankın nizamnamə kapitalında 12 milyon manata yaxın artım olub. Kapitallaşma proqramı subordinasiya borcunun cəlbi və əlavə səhm buraxılışı olmaqla ilə iki komponentdən ibarətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)




.jpg)







