İngiltərə Bankından 1989-cu ildən bəri ən böyük faiz artımı
İngiltərə Mərkəzi Bankı (BOE) 40 illik pik səviyyəsinə çatmış inflyasiyanı cilovlamaq üçün faizini 0,75 bənd artıraraq 3 faizə çatdırıb. Beləliklə, bank 1989-cu ildən bəri ən böyük tempdə faiz artırıb.İngiltərə Mərkəzi Bankı faizini 0,75 bənd artıraraq 2,25%-dən 3%-ə qaldırıb. Beləliklə, bank son 33 ildə ən böyük sürətdə faiz artırıb.
Proqnoz da faiz dərəcəsinin 0,75 bənd artırılacağı istiqamətində idi.
Bank açıqlamasında, gələcək faiz artımları ilə bağlı "ehtimal ki, bazarların nəzərdə tutulduğundan daha aşağı olacaq" ifadəsini istifadə edib.
Bank ardıcıl 8-ci dəfə faiz artırıb. İngiltərə Mərkəzi Bankı ölkə iqtisadiyyatının tənəzzülə girə biləcəyi proqnozunu verib.
Açıqlamada deyilir ki, inflyasiya davamlı şəkildə hədəfə qayıdana qədər faiz artırmaq tələb oluna bilər. Həmçinin BOE İngiltərə iqtisadiyyatının çox çətin bir vəziyyətlə üzləşdiyi barədə xəbərdarlıq edib. Faizlərin artması iqtisadi aktivliyə mənfi təsir edir.
Sentyabrda ölkədə inflyasiya 10,1 faizə yüksəlmişdi.
Qərardan sonra Sterlinq dollar qarşısında 2 həftənin minimumuna düşüb.
İngiltərə Bankı 3-cü rübdə İngiltərə iqtisadiyyatının 0,5% kiçiləcəyini gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
9 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
10 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!






















