ABŞ Rusiya nefti üçün qiymət limitini yuxarıya doğru nəzərdən keçirir
Amerika prezidenti Co Baydenin administrasiyası benzinin qiymətinin artmasının və onun reytinqlərinin aşağı düşməsinin qarşısını almaq istəyir.ABŞ prezidenti Co Bayden administrasiyası bir çox ölkələr ilə razılığa gələ bilmədiyi üçün Rusiya nefti üçün nəzərdə tutulan qiymət tavanına yenidən yuxarıya doğru baxmağa məcbur olub.
Marja xəbər verir ki, u barədə çərşənbə günü Bloomberg məlumat yayıb.
Rusiya neftinin qiymət həddinin dekabrın 5-dək qüvvəyə minməsi nəzərdə tutulur. Qiymət həddinin müəyyən edilməsi ilə bağlı bir sıra ölkələrin razılığının təmin edilməsinin mümkünsüzlüyü, Ağ Evdə bu tədbirin lazımi qaydada razılaşdırılmasa addımın atılması ilə bağlı qorxuya səbəb olub. Belə ki, məhdudiyyət neft qiymətlərində yeni volatilliyə gətirib çıxara bilər. Bayden administrasiyası benzinin qiymətinin artımasının və reytinqlərinin aşağı düşməsinin qarşısını almaq üçün bundan qaçmaq istəyir.
Məqalədə ABŞ-ın hazırda hansı qiymət səviyyəsini nəzərdən keçirdiyi göstərilmir. Bundan əvvəl ABŞ-ın maliyyə naziri Canet Yellen demişdi ki, Rusiya nefti üçün nəzərdə tutulan qiymət tavanı bir barrel üçün təxminən 60 dollar ola bilər.
Rusiya Prezidenti Vladimir Putin də dəfələrlə bildirib ki, Rusiya qiyməti məhdudlaşdıran ölkələrə enerji resursları (əsasən neft və qaz) ixrac etməyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 19 d. əvvəl
- 22 d. əvvəl
- 24 d. əvvəl
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 29 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)
.jpg)







.jpg)



