Parlament büdcəyə dəyişiklikləri müzakirə edir - VERGİLƏR VƏ GÖMRÜK ÜÇÜN PLANLAR ARTIRILIR
Bu gün Milli Məclisin plenar iclasında Azərbaycanın 2017-ci il dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsinə başlanılıb.
2017-ci ilin yenilənmiş dövlət büdcəsinin gəlirləri gözlənilən ÜDM-in 25,2%-ni təşkil etməklə, mütləq ifadədə 16 mlrd. 766 mln. manat həcmində proqnozlaşdırılır ki, bu da ilkin proqnozla müqayisədə 511 mln. manat və ya 3,1% çoxdur. Yeni büdcənin xərclərinin isə 1 mlrd. 41 mln. manat artırılaraq 17 mlrd. 941 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcə xərclərinə nisbətən 6,2% çoxdur.
Bu ilin dövlət büdcəsinə yenidən baxılma zamanı xarici dövlət borclanmasının yuxarı həddinin artırılması, yəni, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində Bankın 2 mlrd. 383,4 mln. ABŞ dolları məbləğində dövlətin üzərinə keçəcək borclarının ödənilməsi məqsədilə avrobondların emissiyası həyata keçiriləcək. Bununla əlaqədar olaraq, 2017-ci il üzrə qanunla təsdiq edilmiş xarici dövlət borclanmasının yuxarı həddi 4 mlrd. manat və ya 9 dəfə artırılaraq 4,5 mlrd. manata çatdırılacaq.
Yenilənmiş dövlət büdcəsində kəsirin təsdiq olunmuş göstəriciyə nisbətən 530 mln. manat və ya 82,2% artırılaraq 1 mlrd. 175 mln. manat çatdırılması nəzərdə tutulub ki, bu da cari ilin sonuna gözlənilən ÜDM-in 1,8%-nə bərabər olacaq.
Büdcə gəlirlərinin Mərkəzi Bankın mənfəətinin 250 mln. manatlıq bir hissəsinin büdcəyə alınması, Vergilər Nazirliyinin xətti ilə əlavə 135 mln. manat, Gömrük Komitəsi vasitəsi ilə isə 50 mln. manat əlavə vəsaitin büdcəyə cəlb edilməsi və s. mənbələr vasitəsilə təmin edilməsi nəzərdə tutulur.
Büdcənin artan xərcləri daha çox sosial xarakterli tədbirlərə və bank sahəsində yaranmış problemlərin yumşaldılmasına yönəldiləcək. Burada qazın qiymət fərqi ilə bağlı Dövlət Neft Şirkətinin (SOCAR) ziyanını qarşılamaq üçün 250 mln. manat, lisenziyası alınmış 11 bankın əmanətçilərinə ödəniş üçün Əmanətlərin Sığortalanması Fondunun nizamnamə kapitalının artırılmasına 546 mln. manat və s. bu kimi xərclər xüsusi yer tutur.
Qeyd edək ki, Azərbaycanın 2017-ci il dövlət büdcəsinə ediləcək dəyişiklikdən sonra builki icmal büdcənin gəlirləri 22 840,9 mln. manat olacaq, bu da təsdiq edilmiş büdcəyə nisbətən 2 820,2 mln. manat və ya 14,1% çoxdur. İcmal büdcə xərclərinin isə təsdiq edilmiş göstəriciyə nisbətən 3,7% və ya 1 051,0 mln. manat artırılaraq 29 818,2 mln. manata çatdırılması nəzərdə tutulur.
HYUNDAİ CRETA – 2017 İSTEHSALI, 4X4 və MÜNASİB QİYMƏT İLƏ
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 13 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?






















