BOKT "İnternational"ın istiqrazlarına 9 investordan 9 sifariş - HƏRRACIN NƏTİCƏSİ
14 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında BOKT "İnternational" QSC-nin tədavül müddəti 18 (on səkkiz) təqvim ayı olan AZ2005021020 dövlət qeydiyyat nömrəli, 2 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Birjadan Marja-ya daxil olmuş məlumata görə, hərrac zamanı 9 investor tərəfindən 100 manat (13%) qiymətindən 9 sifariş təqdim edilib. İstiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 100 manat müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2 milyon manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2 milyon manat təşkil edib.
İstiqrazın illik faiz dərəcəsi 13%-dir, faiz ödənişləri isə hər 3 təqvim ayında bir dəfə olmaqla investorlara ödənilir.
İstiqrazların ödəmə tarixi 14.04.2024-cü ildir. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
Ən çox oxunanlar
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq




















