Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dünyanın ən qədim şəhərlərindən birinə AZAL-ın ilk reysi eniş edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ən qədim şəhərlərindən birinə AZAL-ın ilk reysi eniş edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Oktyabrın 5-nə keçən gecə “Azərbaycan Hava Yolları”nın Bakıdan yola düşən ilk reysi Səmərqənd hava limanına eniş edib.

Mlli aviadaşıyıcının təyyarəsi ənənəvi olaraq su tağı ilə qarşılanıb.

Səmərqənd vilayəti rəhbərinin müavini Rüstəm Kabilov reysin ilk sərnişinlərini salamlayıb. Bildirib ki, bu reysin açılması Azərbaycan ilə Özbəkistan arasında dostluq əlaqələrinin genişləndirilməsi, turizm sahəsində əməkdaşlığın dərinləşdirilməsi, turist sayının artırılması məqsədi daşıyır.

Reyslər həftədə iki dəfə həyata keçiriləcək.

Səmərqənd vilayətində Azərbaycan Milli Mədəniyyət Mərkəzinin rəhbəri Adilağa Mirzəyev reysin açılmasını səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb. Bildirilib ki, Səmərqənddə 5 mindən çox azərbaycanlı yaşayır. Bu reysin açılması turizmin inkişafı ilə yanaşı, tələbələrin gediş-gəlişini də asanlaşdıracaq.

"FlyKhiva" qrupunun baş direktoru Dilşod Xacayev təmsil etdiyi təşkilatın AZAL-ın Özbəkistanda əsas tərəfdaşı olduğunu vurğulayıb. “Əminəm ki, iki şəhər arasında aviareysin açılması hər iki tərəfə öz töhfələrini verəcək. Ümid edirəm ki, növbəti reys Urgenç, Namanqan şəhərlərinə olacaq və ölkələrimiz arasında əlaqələr daha da möhkəmlənəcək”, - deyə D.Xacayev bildirib.

Azərbaycan və Özbəkistan arasında ortaq mədəniyyət, din və adət-ənənələri mövcud olduğunu vurğulayan AZAL-ın mətbuat katibi Nərmin Xəlilova deyib: “Əlbəttə ki, bu gün Özbəkistanın mirvarisi və dünyanın ən qədim şəhərlərindən biri olan Səmərqəndə ilk reysin açılmasının mühüm əhəmiyyəti var.

AZAL, həmçinin Daşkəndə də uçuşlar həyata keçirir. Sentyabrın sonundan etibarən “Azərbaycan Hava Yolları”nın Bakıdan Özbəkistanın paytaxtı Daşkənddə uçuşlarının tezliyi də həftədə 5 dəfəyədək artırılıb", - deyə AZAL-ın mətbuat katibi bildirib.

© Azərtac

Səmərqənd reys azal
05.10.2022 08:44
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18