"B&B Security Alliance" şirkətinin təşkilatçılığı ilə “Effektiv Kibertəhlükəsizlik” mövzusunda beynəlxalq konfrans keçirilib
Bakıda "B&B Security Alliance" şirkətinin təşkilatçılığı ilə “Effektiv Kibertəhlükəsizlik” mövzusunda beynəlxalq konfrans keçirilib
®️Sentyabrın 28-də Bakıda keçirilən konfransda informasiya təhlükəsizliyi sahəsində Azərbaycan və Türkiyədən olan ekspertlər və mütəxəssislər, eləcə də kibertəhlükəsizlik sahəsində dünyanın və qardaş Türkiyənin istehsalçı şirkətlərinin nümayəndələri iştirak etmişdilər.
Konfransda "Bestcomp Group" şirkətinin Müşahidə Şurasının sədri Rauf Həsənov, "Barikat" şirkətinin baş direktoru Murat Hüseyin Candan, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Rahid Ələkbərli, "B&B Security Alliance" şirkətinin texniki direktoru Məmməd Məmmədov, Olta.la şirkətinin baş direktoru Mehmet Çakır, Forcepoint şirkətinin regional satış meneceri Umut Can Yalçın, CyberArk Həllər üzrə mühəndis Özgün Öztürk, CyberArk Türkiyə və Orta Asiya ölkələri üzrə regional satış Meneceri Esra Çalışkan, Branddefense baş direktoru Mehmet Caner Köroğlu, Fortinet Azərbaycan, Gürcüstan, Türkmənistan üzrə Regional Satış Meneceri Şaiq Səmədov və başqa ekspertlər iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən "Bestcomp Group" şirkətinin Müşahidə Şurasının sədri Rauf Həsənov konfrans iştirakçılarını salamlayıb və "B&B Security Alliance" şirkətinin "Bestcomp Group" və Türkiyənin "Barikat Cyber Security" şirkəti tərəfindən yaradılmış birgə müəssisə olduğunu diqqətə çatdırıb. R.Həsənov, 2019-cu ildə yaradılan bu müəssisənin regionda kibertəhlükəsizlik sahəsində ən son texnologiyaları və türk tərəfdaşlarının bu sahədə zəngin təcrübəsini ölkəmizə gətirdiyini bildirdi.
"Barikat" şirkətinin baş direktoru Murat Hüseyin Candan isə informasiya təhlükəsizliyi sistemlərinin qurulması sahəsində malik olduqları zəngin təcrübələri, Türkiyədə və dünyada reallaşdırdıqları bir sıra böyük kibertəhlükəsizlik həlləri və xidmətləri barədə tədbir iştirakçılarına məlumat verib.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Rahid Ələkbərli mövzu üzrə çıxış edərək, bu gün Azərbaycanda fəal şəkildə gedən rəqəmsal transformasiya prosesləri, kibertəhlükəsizliyin yüksək səviyyədə təşkilinə xüsusi diqqət çəkib:
"Bu gün informasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahəsində ixtisasa yiyələnməyə can atan gənc kadrlar kifayət qədər çoxdur. Bu gənclərin peşəkar kadr kimi yetişdirilməsində türkiyəli mütəxəssislərin dəstəyinə böyük ümid bəsləyirik".
"B&B Security Alliance" şirkətinin texniki direktoru Məmməd Məmmədov qonaqlara rəqəmsal transformasiya, post – pandemiya və kiber müharibələrin kibertəhlükəsizlikdə yaratdığı yeni çağırışlar haqqında məlumat verdi. M. Məmmədov yaranan kibertəhdidlərlə mübarizədə həll yolları haqqında danışdı və "B&B Security Alliance" şirkətinin həll və xidmətlərinin çox effektiv olacağını iştirakçıların diqqətinə çatdırdı. O qeyd edib ki, şirkətin yalnız Azərbaycan bazarında deyil, eyni zamanda "Bestcomp Group" şirkətinin çoxsaylı layihələr həyata keçirdiyi qonşu ölkələrdə də xidmətlər və həllər portfeli mövcuddur:
"Bundan əlavə, Bakı, Ankara, İstanbul və Dohada SOC mərkəzlərimizin olması müştərilərə yaranan təhlükələrə ən yüksək səviyyədə cavab verilməsinə zəmanət verir. Şirkətimizin informasiya təhlükəsizliyi üzrə 300-dən çox sertifikatlı mütəxəssislərinin potensialı, səriştə və təcrübəsi bizə kibertəhlükəsizlik üzrə ən mürəkkəb sistemlərin qurulması, müxtəlif məsləhət xidmətlərinin verilməsi, fərqli auditlərin keçirilməsi və s. kimi xidmətlərin göstərilməsinə imkan verir”.
Hazırda "B&B Security Alliance" tərəfdaşlarının məhsul portfelinə kibertəhlükəsizlik sahəsində dünyaca məşhur 20-yə yaxın istehsalçının məhsulları daxildir. Şirkətin müştəriləri arasında ölkənin bir sıra dövlət və özəl müəssisələri yer almaqdadır.
Tədbirin ikinci hissəsi kibertəhlükəsizlik bazarında innovativ xidmətlər təklif edən dünyanın və Türkiyənin aparıcı istehsalçılarının məhsullarının təqdimatına həsr olunub.
Konfrans çərçivəsində informasiya təhlükəsizliyi sistemləri, kibertəhlükəsizlik, gənc kadrların yetişdirilməsi, innovativ xidmətlər və s. mövzular ətrafında mütəxəssislərin fikirləri dinlənilib və geniş fikir mübadiləsi aparılaraq perspektivlər qiymətləndirilib.
Konfransın sonunda qonaqlarla xatirə şəkilləri çəkdirildi.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
13 d. sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
31 d. əvvəl
Nazirlər Kabinetindən balıqartırma zavodları və balıq şərkətilə bağlı qərar
-
-
37 d. əvvəl
Gömrük anbarlarında saxlancla bağlı xidmətlərin qiymətini dövlət tənzimləməyəcək
-
40 d. əvvəl
"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"
-
57 d. əvvəl
“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi
-
1 saat əvvəl
Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu "Eldik Bank" ilə memorandum imzalayıb
-
3 saat əvvəl
Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
Son Xəbərlər

"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"

Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı

Unibankın müəllimlər üçün kredit kampaniyası davam edir

Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar

Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib

Yaponya Mərkəzi Bankı faizini sabit saxladı

ABŞ-da tələbatla bağlı narahatlıqlar faiz endiriminin yaratdığı nikbinliyi üstələyib— neft qiymətləri düşür

"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir
