Maduro Venesuelada rekord iqtisadi artım olduğunu açıqlayıb
Son rübdə artım 20%-dən çox olubVenesuela prezidenti Nikolas Maduro ölkəsinin iqtisadiyyatı üçün rekord artım tempini açıqlayıb - son rübdə 20%-dən çox.
"İndi dünya miqyasında tənəzzüldən danışırlar, Venesuela isə iqtisadi artım rekordları qırır. Neftdən asılı olmayan real iqtisadiyyat. Son rübdə artım 20%-dən çox olub", - o, "Venezolana TV de Television" kanalında çərşənbə axşamı çıxışı zamanı deyib.
Maduro əlavə edib ki, illik ifadədə artım 17% təşkil edib.
Bundan əvvəl Venesuela Mərkəzi Bankının rəhbəri Kaliksto Orteqa ölkənin bu ilin birinci rübündə ÜDM artımının Latın Amerikasında rekord göstərici olduğunu və 17,4% təşkil etdiyini bildirmişdi. Onun hesablamalarına görə, ilin sonunda bu rəqəm 18,7% təşkil edəcək.
Credit Suisse analitikləri hesab edirlər ki, Venesuelada bir neçə il davam edən iqtisadi böhran və Qərbin ölkəyə tətbiq etdiyi sanksiyalardan sonra ÜDM-in artımı bu il 20%-ə çata bilər. BVF-nin proqnozuna görə, artım 1,5% olacaq.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
15 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























