Dünyada bağlanan ən iri sazişlərdən biri - SOCAR-da tədbir keçirilib
2022-ci il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının 28-ci ildönümü və neft-qaz sənayesi işçilərinin peşə bayramı - “Neftçilər Günü” münasibətilə tədbir keçirilib.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, ilk öncə Azərbaycan Respublikasının iqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, SOCAR-ın Müşahidə Şurasının üzvü, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və SOCAR-ın kollektivi Fəxri xiyabanda müstəqil Azərbaycanın qurucusu, ölkəmizin yeni neft strategiyasının banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin minnətdarlıqla anıblar, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
“SOCAR Tower”də keçirilən tədbirdə iştirakçılar ulu öndər Heydər Əliyevin neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirən foto-sərgi, həmçinin Respublika Elmi-Texniki Kitabxanası tərəfindən təqdim olunan və neft sənayesi tarixindən bəhs edən nadir kitablar ilə tanış olublar.
“Neftçilər Günü”nə həsr olunan konfransın əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş hərbiçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
SOCAR-ın prezidenti Rövşən Nəcəf tədbirdə çıxış edərək “Əsrin müqaviləsi”nin ölkə iqtisadiyyatının müxtəlif sahələrinin, xüsusilə neft sənayesinin və insan kapitalının davamlı inkişafına güclü təkan verdiyini və Azərbaycanın iqtisadi qüdrətini daha da artırdığını vurğulayıb. Rövşən Nəcəf ölkə başçısının məqəsədyönlü və uzaqgörən rəhbərliyi ilə qurulan çoxşaxəli ixrac-nəql sisteminin Azərbaycanın enerji resurslarının dünya bazarlarına birbaşa çıxışını təmin etdiyini, ölkəmizin rəqabət qabiliyyətinin artmasına və enerji təhlükəsizliyinin güclənməsinə əlverişli zəmin yaratdığını deyib.
Builki “Neftçilər Günü”nün “Əsrin müqaviləsi” çərçivəsində “Çıraq” platformasından ilk neft hasilatının 25-ci ildönümünə təsadüf etdiyini bildirən Rövşən Nəcəf bu münasibətlə bütün xarici tərəfdaşları təbrik edib, neft sənayemizin inkişafına verdikləri töhfəyə görə onlara təşəkkür edib.
Neftçilərimizi əlamətdar gün münasibətilə təbrik edən iqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov “Əsrin müqaviləsi”nin və uğurla reallaşdırılan milli neft strategiyasının ölkəmizin sosial-iqtisadi inkişafına, iqtisadiyyata irihəcmli investisiyaların cəlb olunmasına, beynəlxalq aləmdə nüfuzunun artmasına və dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsinə xidmət etdiyini, həyata keçirilən genişmiqyaslı neft-qaz layihələrinin Azərbaycanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, tərəfdaşlarımızın etibarlı enerji təminatına da böyük töhfə verdiyini vurğulayıb.
Energetika naziri Pərviz Şahbazov neftçiləri peşə bayramı münasibətilə təbrik edib, Azərbaycanın enerji təhlükəsizliyinin təminatında və etibarlı tərəfdaş mövqeyinə yüksəlməsində “Əsrin müqaviləsi”nin davamlı töhfələrindən bəhs edib.
BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək “Neftçilər Günü” münasibətilə təbriklərini çatdırıb, bu günün həm də Azəri-Çıraq-Günəşli yatağı üzrə hasilatın pay bölgüsü haqqında sazişin 28-ci ildönümü ilə əlamətdar olduğunu söyləyib. O bu müqavilənin həm karbohidrogen ehtiyatlarının, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən biri olduğunu bildirib.
SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən bəhs edərək bu müqavilənin ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu, qətiyyətli mövqeyi və həmin dövrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi danışıqlar prosesində iştirak edən cənab İlham Əliyevin diplomatik məharəti nəticəsində imzalandığını vurğulayıb.
Sonra SOCAR-ın Baş ofisində, strukturuna daxil olan müəssisələrdə, birgə müəssisələrdə, əməliyyat şirkətlərində və tərəfdaş şirkətlərdə çalışan və əmək fəaliyyətində fərqlənən bir qrup neftçi “Fəxri neftçi” döş nişanı və Fəxri fərmanla təltif olunub.
Daha sonra SOCAR-ın prezidenti Rövşən Nəcəf tərəfindən neftçilərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladıqları təşəkkür məktubu oxunub.
Konfransda, həmçinin SOCAR-ın yeni yaradılan Könüllülər qrupunun təqdimatı keçirilib. Könüllülər qrupunun üzvü Aysu Zamanova çıxışında ölkə başçısının təşəbbüsü ilə başladılan könüllülük hərəkatının dövlətimizin həyata keçirdiyi gənclər siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib, könüllülük fəaliyyətinin gənclərin müxtəlif sahələr üzrə təcrübə qazanması və mühüm biliklərə yiyələnməsi baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tədbir çərçivəsində “Neftçilər Günün”ə həsr olunmuş “Mən fəxr edirəm ki, neftçiyəm” adlı videoçarx nümayiş etdirilib.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 saat əvvəl
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Hökumətdən "Sea Breeze Resort" üçün qərar - 55 hektar torpaq sahəsi ayrıldı
-
2 saat əvvəl
Bankların əldə etdikləri xalis mənfəət/xalis zərər məbləğinə görə SİYAHISI
-
2 saat əvvəl
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AFB Bank 2026-cı ilin I rübünü güclü maliyyə nəticələri ilə başa vurub
-
3 saat əvvəl
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
-
3 saat əvvəl
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Bank 23-cü filialını Zaqatalada açdı
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
Ən çox oxunanlar
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
"PAŞA Bank" səhmlərinə sahib olun!
2 ilə 3 milyarddan çox artım – Azərbaycanın dövlət borcu artırılacaq
2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb





.jpg)









.jpg)








