Azərbaycan şirkəti İraqın neft və qaz sənayesi mütəxəssisləri üçün təlimlər keçəcək

Azərbaycanın “Nobel Energy” şirkətinin sahə əməliyyatları və avadanlıqlara texniki xidmət üzrə törəmə müəssisəsi olan “Glensol” şirkəti İraqın neft və qaz sənayesində işləyən texniki mütəxəssisləri üçün Texniki Təlim Proqramına başlayır.
Şirkətin yaydığı məlumatda bildirilir ki, təlimlər dünyanın üçüncü ən böyük neft yatağı sayılan İraqdakı Rumayla (Rumaila) yatağının əsas podratçısı “Basra Energy” şirkətinin (Basra Energy Company) texniki mütəxəssisləri üçün “Glensol”un beynəlxalq standartlara cavab verən Bakıdakı emalatxanasında təşkil olunacaqdır.
Razılaşmaya əsasən “Glensol” Mexaniki Fırlanan Avadanlıqlar, Elektrik Avadanlıqarı, Mexaniki Statik Avadanlıqlar, Prosesə Nəzarət Sisteminin Avadanlıqları mövzularında təlimlər keçəcəkdir.
Təlimlərin əsas məqsədi texniki işçiləri sahədə istismar olunan avadanlıqların istehsalçının və əməliyyatları həyata keçirən təşkilatın təcrübə və prosedurlarına uyğun idarə edilməsi və xidmət göstərilməsi ilə bağlı bütün zəruri bilik və bacarıqlarla təmin etməkdir. Mexaniki Fırlanan Avadanlıqlar mövzusunu əhatə edən ilk modul 7-11 sentyabr tarixlərində uğurla başa çatmışdır.
“Glensol” şirkətinin direktor müavini Anar Orucov deyib: “Biz texniki işçilər üçün təlim proqramının təşkili ilə bağlı yeni fəaliyyət xəttinə başlamağımızdan məmnunuq və ilk sessiyaların İrqalı həmkarlarımıza keçirilməsinə xüsusilə şadıq. Əminik ki, “Glensol”un əsas dəyəri olan, onun yüksək ixtisaslı mühəndis və texniki mütəxəssislərdən ibarət komandası bu yeni təlim xidmət sahəmizi xaricdə genişləndirməklə yanaşı, proqramı iraqlı həmkarlarımıza ən effektli şəkildə çatdıracaq. Glensol şirkətinin “vahid pəncərə” prinisipi ilə işləyən, ən müasir texnologiya və imkanlarla təmin olunmuş emalatxanası regionda bu sahə üzrə nəzəri və praktiki təlimlərin yüksək səviyyədə keçirilməsi üçün ən münasib platformadır. Biz qürur duyuruq ki, Glensol xarici işçi qüvvəsinə beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli səriştə əsaslı təlimlər təqdim etməyə qadir azsaylı Azərbaycan şirkətləri arasındadır.”
Proqramın optimallaşdırılmasını təmin etmək məqsədilə Glensol sənayenin bəzi peşəkar mütəxəssislərini də proqrama cəlb edib.
Qeyd edək ki, 2012-ci ildə “Nobel Energy” şirkətinin törəməsi kimi yaradılmış “Glensol” şirkəti neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşıb. “Glensol” böyük enerji şirkətləri də daxil olmaqla regionda və dünyada yerli və xarici neft və qaz şirkətlərinə turbinlərə, klapanlara, nasoslara texniki qulluq və təmir xidmətlərini göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
4 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
5 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
5 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 5 saat əvvəl
-
5 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
6 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 6 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
