İsveçin məişət texnikası istehsalçısı Rusiyanı tərk edir
Electrolux Rusiya Federasiyasındakı biznesi yerli idarəetməyə verirİsveçin məişət texnikası istehsalçısı Electrolux Rusiya bazarını tərk edir və biznesi yerli idarəetməyə verir.
Marja xəbər verir ki, bu barədə cümə günü şirkətin yaydığı press-relizdə deyilir.
“Electrolux Rusiyadakı törəmə şirkətini sataraq Rusiyadan çıxmaq və biznesi yerli idarəçiliyə təhvil vermək qərarına gəlib”, - deyə açıqlamada bildirilir.
Qeyd edilib ki, 2022-ci ilin üçüncü rübündə təxminən 350 milyon kron (təxminən 35 milyon dollar) itki tanınacaq.
Şirkətin fikrincə, Rusiya biznesinin yerli idarəetməyə verilməsi qərarı Rusiya bazarından “məsuliyyətli və nəzarətli çıxışı” təmin edəcək. Törəmə şirkət əvvəllər Rusiyada satılan Electrolux avadanlıqlarına xidmət göstərməyə davam edəcək.
"Electrolux-un Rusiyada istehsalı yoxdur və satılan şirkətə məişət texnikası tədarük etməyəcək", - press-relizdə bildirilir.
2021-ci ildə Electrolux-un Rusiyadakı satışları Avropadakı ümumi satışların 4%-ni, dünya üzrə isə 1,6%-ni təşkil edib.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 15 saat sonra
-
-
17 d. əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 23 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
2 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Azad edilmiş ərazilərə ümumi investisiyaların həcmi 17 milyard dolları yaxındır"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb























