"Kinder"dən sonra "Oreo"da salmonella şübhəsi - 3 İSTEHSAL SAHƏSİ BAĞLANIB
"Oreo", "Mikado" və "Pepito" məhsullarının istehsalçısı olan ABŞ-ın "Mondelez" şirkətinin salmonella bakteriyası ehtimalı səbəbilə 3 istehsal sahəsini bağladığı bildirilir.
Marja.az "Le Figaro"nun xəbərinə itinadən xəbər verir ki, İsveçrənin kakao və şokolad istehsalçısı "Barry Callebaut", "Mondelez"ə məhsullarında salmonella bakteriyası olma ehtimalı ilə bağlı xəbərdarlıq edib.
Xəbərdə, "Ferrero"nun "Kinder" məhsulları ilə ortaya çıxan salmonella qalmaqalının oxşarının yaşanmaması üçün "Mondelez"in "Oreo" peçenyelərinin də istehsal olunduğu 3 böyük istehsal sahəsində bəzi bölmələri qismən bağladığı bildirilib.
Şirkət rəhbərlərinin bağlanma səbəbini “böyük təmizlik” olaraq iddia etdiyi xəbərdə, əsas səbəbin salmonella xəbərdarlığı olduğu qeyd olunub.
Ekspertlərin fikrincə, istehsal şirkətləri daha çox qazanc əldə etmək üçün ucuz xammallar alırlar
Xəbərdə istehsalın yavaşlaması səbəbindən bazarlarda sözügedən peçenyelərdə tədarük qıtlığının yaşandığı diqqətə çatdırılıb. Bundan əlavə, şirkətin fəaliyyətini dayandırdığı fabriklərdə yenidən istehsala başlamağın xeyli vaxt aparacağı qeyd edilir.
Qida mütəxəssisləri son vaxtlar istehlak məhsullarında salmonella və buna bənzər bakteriyaların ortaya çıxmasını istehsalçıların "daha qənaətcil" olmaq üçün ucuz xammalara müraciət etmələrilə əlaqələndirirlər.
Fransada "Nestle" şirkətinə aid "Buitoni" pizzalarında, Avropanın bir çox ölkəsində "Ferrero" qrupuna aid "Kinder" şokoladlarında və "Lactalis" qrupuna aid pendirlərdə bakteriya olması səbəbindən bu məhsulların böyük hissəsini bazardan geri çağrılmışdı.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, şokolad məhsulları ilə bağlı dünyada 151 salmonella infeksiyası var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 14 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























