Belarus Azərbaycana yüklərin ixracı üçün yeni logistik marşrutlar hazırlayıb
Belarus Dəmir Yolları (BDY) sanksiyalar altındakı Belarusdan Azərbaycan da daxil olamqla, dünyanın 20-dən çox ölkəsinə yüklərin ixracı üçün 40-a yaxın yeni logistik marşrut hazırlayıb.
Bu barədə Belarus Nəqliyyat və Rabitə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, Belarus ekspeditorlarının ehtiyaclarını ödəmək üçün BDY-ı kifayət qədər vaqona sahibdir: “İxrac mallarının daşınması Belarus Dəmir Yolları üçün prioritet olub və olmağa da davam edəcək. Dəmir yolu ilə daşınan məhsulların 39 %-ni ixrac malları təşkil edib”.
2022-ci ilin fevral ayından Baltikyanı ölkələrin limanları sanksiyalara görə Belarus üçün əlçatmaz olub. Bundan əlavə, Ukrayna limanlarından istifadə etmək mümkün deyil.
Mövcud vəziyyətdə Belarus yükgöndərənləri ixracatlarının əhəmiyyətli bir hissəsini Şərqi Asiyaya yönləndirdilər, həmçinin logistika planlamanı da dəyişiblər.
“Yeni reallıqda Belarus Dəmir Yolları Belarus, Rusiya, Qazaxıstan, Azərbaycan və Çinin yük sahibləri və logistika şirkətləri ilə birlikdə Belarus məhsullarını 20-dən çox ölkəyə çatdırmaq üçün ümumilikdə 40 yeni nəqliyyat və logistika marşrutu hazırlayıb.
Bu yeni marşrutlar Belarus şirkətlərinə (Belarus Dəmir Yolları daxil olmaqla) və digər dövlətlərin şirkətlərinə məxsus vaqonlardan istifadə edir. Bu vaqonların miqdarı Belarus yükgöndərənlərin ehtiyaclarını ödəmək üçün kifayətdir”, - nazirlik vurğulayıb.
Bu ilin yanvar-iyul aylarında Azərbaycan, Gürcüstan, Qazaxıstan, Tacikistan, Rusiya (o cümlədən Rusiya limanları), Özbəkistana daşımaların həcmində artım müşahidə olunub. Belarusdan Çinə konteyner qatarlarının sayı 5 dəfə artıb.
©️ Report
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 16 d. əvvəl
-
27 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 31 d. əvvəl
-
43 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)
.jpg)




.jpg)



.jpg)









