“Araz” marketlərdə batareyaları təhvil ver, təbiəti qoru!
(®) Veysəloğlu Şirkətlər Qrupuna aid olan “Araz” supermarketlər şəbəkəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə qoşulub.
Dayanıqlı inkişafa töhfə verən layihə çərçivəsində “Araz” və “Spar” marketlərinin Bakı və Sumqayıtdakı 19 filialında batareya qutuları yerləşdirilib. Artıq müştərilər işlənmiş batareyaları bu qutulara atmaqla batareyaların utilizasiyasına dəstək ola biləcəklər.
Layihənin məqsədi işlənmiş və ya istifadəyə yararsız elektrik batareyalarını digər tullantılardan ayırmaq, toplayıb çeşidləyərək xüsusi şəraitdə zərərsizləşdirilməsinə dəstək olmaq, onların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini minimuma endirməkdir.
Qeyd edək ki, işlənmiş batareyalar özündə zərərli maddələri saxlayır və onlar ümumi tullantılarla birgə atıla bilməzlər. Çünki işlənmiş olsa belə, batareyalar təbiətdə hava, su və torpaqla reaksiyaya girərək erroziyaya uğrayır, üst örtüyü məhv olur. Nəticədə tərkibindəki ağır metallar torpağa və suya qarışaraq insanları və heyvanları zəhərləyir, onların həyatına təhlükə yaradır, bitki örtüyünü məhv edir.
Veysəloğlu Şirkətlər Qrupunun tətbiq etdiyi cəmiyyətə dəyər yaratmaq strategiyasının məqsədi dayanıqlı inkişaf və ümumi rifah naminə bütün maraqlı tərəflər üçün ortaq dəyərlər yaratmaq və inkişaf etdirməkdir.
Sözügedən batareya qutularını aşağıdakı ünvanlarda tapa bilərsiniz:
Araz superstor
Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsi 18A
(Sabunçu xəstəxanasının yaxınlığı)
Araz superstor
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev 56 D
(“Qartal” heykəlinin yaxınlığı)
Araz superstor
Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi 5 K
(“Şüşəli” bazarın yaxınlığı)
Araz superstor
Yasamal rayonu, H.Cavid prospekti 17 (“Space” TV ilə üzbəüz)
Araz supermarket
Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novruz küçəsi 1
(“Ülvi” şadlıq sarayı ilə üzbəüz)
Araz superstor
Sumqayıt şəhəri 9-cu mkr., Ü.Hacıbəyli küçəsi 23 C
(“Şərq” bazarının yaxınlığı)
Araz superstor
Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2
(“20 Yanvar” metrostansiyasının yaxınlığı)
Araz superstor
Nərimanov rayonu, M.Qaşqay küçəsi, 917-ci məhəllə
(Neftçi İdman Sağlamlıq Mərkəzinin yaxınlığı)
Araz supermarket
Nərimanov rayonu, S.Rəhman küçəsi 41
(47 saylı orta məktəbin yaxınlığı)
Spar supermarket
Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, məhəllə 758
(“Koroğlu” parkının yaxınlığı)
Spar supermarket
Nəsimi rayonu, Cavadxan küçəsi, 3 mkr., 3005-ci məhəllə
(3-cü mkr. dairəsinin yaxınlığı)
Araz minimarket
Xətai rayonu, Babək prospekti 10 D
(“Babək plaza”nın yaxınlığı)
Araz superstor
Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi
(Masazır dairəsinin yaxınlığı)
Araz supermarket
Yasamal rayonu, İnşaatçılar prospekti 31
(Dövlət Statistika Komitəsinin yaxınlığı)
Araz supermarket
Nəsimi rayonu, Mərdanov qardaşları 137
(“Olimpik star”ın yaxınlığı)
Araz supermarket
Xətai rayonu, Zığ şossesi 8
(“Nargilə” kafesinin yaxınlığı)
Araz superstor
Nəsimi rayonu, Azadlıq prospekti 103
(ABŞ səfirliyinin yaxınlığı)
Araz ekspress
Nizami rayonu, R.Rüstəmov küçəsi 12 C
(“Neftçilər” metrostansiyasının yaxınlığı)
Araz minimarket
Nizami rayonu, Babək prospekti 64
(Sərhədçi İdman Olimpiya Mərkəzinin yaxınlığı)
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi ölkə üzrə yüzdən çox mağazası və 7000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur! Siz harada, “Araz” orada!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
5 saat əvvəl
Alüminiumun qiyməti 2022-ci ildən bəri ilk dəfə 3 min dollar səviyyəsini keçdi
-
1 gün əvvəl
Naxçıvan sahibkarlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubu
-
-
1 gün əvvəl
"Binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı" xəbərə “Kristal”dan reaksiya
-
1 gün əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 2 gün əvvəl
-
2 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
2 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
3 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 3 gün əvvəl
- 3 gün əvvəl
- 3 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
























