Ryanair çox ucuz bilet satışını dayandıracaq
Aviaşirkətin baş direktoru Maykl O'Liri etiraf edib ki, qiymət artımı "aviasiya yanacağının qiymətinin sürətlə artması" ilə bağlıdır.İrlandiyanın aşağı büdcəli aviaşirkəti Ryanair artıq 1 və 10 avroluq ən aşağı tarifləri təklif etməyəcək.
Marja xəbər verir ki, bu barədə cümə axşamı hava daşıyıcısının icraçı direktoru Maykl O'Liri BBC Yayım Korporasiyasının efirində bildirib.
"Şübhə yoxdur ki, bizim 0,99 avro və hətta 9,99 avro qiymətinə olan biletlərimiz bazarda ən ucuzu olub. Düşünürəm ki, yaxın bir neçə il ərzində belə təkliflər olmayacaq. 10 avroluq biletlərin erası arxada qalıb", - O'Liri deyib.
O etiraf edib ki, bahalaşma “aviasiya yanacağının qiymətinin sürətlə artması” ilə bağlıdır.
Ryanair şirkəti British EasyJet, İspan Vueling və Macarıstanın Wizz Air ilə birlikdə dünyanın ən ucuz aviadaşıyıcılarından biri hesab olunur. Şirkət üçün Avropa şəhərləri arasında uçuşların qiyməti €9,99-dan başlayıb və marşrutdan asılı olaraq dəyişirdi. Biletin qiyməti reklam məqsədi ilə 0,99 avroya da endirilirdi.
Şirkət rəhbərinin sözlərinə görə,aviabiletlərin orta qiyməti təxminən 40 avrodan növbəti beş il ərzində təxminən 50 avroya qədər artacaq. Buna baxmayaraq, o, belə dinamikanın “sərnişinlərin sayına təsir etməyəcəyinə” inanır.
Daha əvvəl O'Liri qeyd etmişdi ki, yanacaq qiymətlərinin artması, ekoloji rüsumlar və Brexit-in nəticələri səbəbindən təyyarə biletləri ortamüddətli perspektivdə bahalaşacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 21 saat əvvəl
-
-
21 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi







.jpg)





.jpg)








