1-ci Azərbaycan "CultRural" Festivalı 2022 tədbirində 1000-ə yaxın yaradıcı biznes nümayəndələri iştirak edib
Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan), Plovdiv Ticarət və Sənaye Palatası (PCCI) və Handicraft Bakı ilə sıx əməkdaşlıq çərçivəsində Bakıda 1-ci Azərbaycan "CultRural" Festivalı 2022 tədbirini təşkil edib.
Festival “Create.Industry! “Bolqarıstan və Azərbaycanın Mədəniyyət və Yaradıcılığı arasında Körpü” layihəsi çərçivəsində təşkil olunub və Bolqarıstan və Azərbaycandan olan əl işləri, dizayn və moda, eləcə də vizual və ifaçılıq sənət sahələrində yaradıcı biznes nümayəndələrini bir araya gətirib. Bütün gün davam edən bu festivalı 1000-ə yaxın nümayəndə ziyarət edib.
Tədbir AHK Azərbaycanın icraçı direktor müavini cənab Fabian Zittlau, Avropa İttifaqının Azərbaycandakı səfiri cənab Peter Michalko, Bolqarıstanın Azərbaycandakı səfiri cənab Nikolay Yankov, Almaniyanın Azərbaycandakı səfirliyinin missiya rəhbər müavini cənab Heiko Şvarzın və “Handcraft” Bakının həmtəsisçisi xanım Jalə Nəcəfovanın salamlama nitqləri ilə başlayıb.
Onlar Bolqarıstan və Azərbaycan yaradıcı biznesləri arasında sinerjinin inkişaf etdirilməsi və yeni işgüzar əlaqələrin qurulmasında layihənin əhəmiyyəti vurğulayıb.
Festival çərçivəsində Bolqarıstanın 9 və Azərbaycanın 59 yaradıcı biznesi öz şirkətlərini təqdim etmək və öz əl işlərini azərbaycanlı və avropalı həmkarlarına və qurumlarına nümayiş etdirmək fürsətindən istifadə ediblər
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 14 saat sonra
-
-
8 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
8 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 9 saat əvvəl
-
9 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
9 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb























