“PAŞA Bank”ın tərəfdaşlığı ilə ikinci “YAŞAT” düşərgəsi təşkil olunub
(®) Sosial məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank”ın tərəfdaşlığı ilə ikinci “YAŞAT” düşərgəsi təşkil olunub.
4 iyul tarixindən etibarən “YAŞAT” Fondu və “ASAN Könüllüləri” tərəfindən şəhid övladları üçün keçirilən düşərgədə 300-dən çox uşağın iştirak edəcəyi gözlənilir. Avqust ayının sonunadək davam edəcək düşərgə çərçivəsində əyləncə saatları, maarifləndirici təlimlər, teatrlar, müxtəlif sahələrdə çalışan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər və ekskursiyalar keçirilir.
Düşərgə boyunca psixoloqlar tərəfindən konsultasiyaların, fərdi və kollektiv görüşlərin də keçirilməsi nəzərdə tutulub. Konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdirilərək düşərgədən sonra müalicə prosesinə cəlb olunacaqlar.
İyul ayının 29-u “PAŞA Bank” əməkdaşlarının düşərgəyə səfəri baş tutub. Onlar uşaqlara hədiyyələr və sertifikatlar təqdim ediblər.
Məlumat üçün bildirək ki, bu düşərgələrin təşkil olunmasında əsas məqsəd uşaqların intellektual inkişafına, yeni biliklər və bacarıqlar qazanmasına töhfə vermək, eləcə də istirahətlərini səmərəli şəkildə təşkil etməkdir.
Xatırladaq ki, “PAŞA Bank”, ötən ildə keçirilən “YAŞAT” düşərgəsinin tərəfdaşlarından olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
7 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artığını açıqladı - MƏBLƏĞ
-
- 36 d. əvvəl
- 39 d. əvvəl
- 43 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib

























