Azərbaycanla Özbəkistan birgə investisiya fondu yaradacaq
“Özbəkistan və Azərbaycan hakimiyyətləri ümumi layihələri reallaşdırmaq məqsədilə birgə investisiya fondu yaratmağı planlaşdırır”.
Bunu Özbəkistan Baş nazirinin müavini, investisiya və xarici ticarət məsələləri üzrə nazir Jamşid Xocayev Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasında bildirib.
“Birgə layihələrin icrası üçün Özbəkistan-Azərbaycan İnvestisiya Fondunun yaradılması vacibdir. Biz bir həftə ərzində bu istiqamətdə yol xəritəsi hazırlamağa dair razılıq əldə etmişik”, - o qeyd edib.
Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana işgüzar səfəri zamanı neft-qaz, kimya, toxuculuq, kənd təsərrüfatı sahələri üzrə 500 milyon dollarlıq sənədlər paketi imzalanıb: “İndi onların vaxtında və keyfiyyətli şəkildə icrasını təmin etmək lazımdır”.
Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov iki dövlət arasında qarşılıqlı investisiya qoyuluşunu fəallaşdırmağın vacibliyini söyləyib: “Bu aspektdə birgə investisiya fondunun yaradılması və fəaliyyəti hər iki ölkənin investorlarına kömək edəcək və etməli olacaq yaxşı alət ola bilər”.
O, əməkdaşlığın perspektiv istiqamətləri sırasında enerji sənayesini xüsusi qeyd edib.
Nazir xatırladıb ki, iyulun əvvəlində SOCAR və "Özbəkneftqaz" arasında hər iki dövlətdə neft yataqlarının birgə işlənməsi, eləcə də bərpa olunan enerji və rəqəmsallaşdırma layihələrində əməkdaşlıq üçün yol xəritəsi imzalanıb: “Ticarət dövriyyəsinə gəlincə, bizim üçün ortamüddətli hədəfləri müəyyən etmək yaxşı olardı... Mən üç-dörd ildən gec olmayaraq, yüz milyonlardan deyil, bəlkə də bir milyard dollardan danışmağımızı istərdim”.
İllik 13.99%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
-
-
1 gün əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
2 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
2 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
2 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
OpenAI-ə böyük investisiya: Amazon-dan 50 milyard, NVIDIA və SoftBank Group-dan 60 milyard dollar sərmayə
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq



















